Icma.az
close
up
RU
Bu bitki təbii ağrıkəsicidir

Bu bitki təbii ağrıkəsicidir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir.

"Ölkə.az" bildirir ki, soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir. Şirniyyatlara əlavə edilir, həmçinin, çay formasında da istifadə edilir. Antibakterial xüsusiyyəti mövcuddur.

Zəncəfilin faydaları və zərərlərini təqdim edirik:

Zəncəfilin mədə və həzm sistemindəki faydaları

Mədə şişkinliyi üçün faydalıdır. Mədə ağrısı və mədə bulantısını keçirməyə kömək edir. Kimyaterapiya qəbul etmiş şəxslərdə və hamilələrdə yaranan mədə bulantısının keçməsinə yardım edir. Reflüks xəstəliyi zamanı effektlidir. Bağırsaq pozulmalarına yaxşı təsir göstərir.

Ürək sağlamlığı və tənəffüs yolları üçün faydaları

Mütəmadi istifadə edilərsə, qan dövranını tənzimləyir, damarlardakı yağ toplanmasının qarşısını alır. İnfarkt riskini azaldır. Xolesterinin düşməsinə kömək edir. Nəfəs darlığı üçün zəncəfil yağından istifadə edə bilərsiniz.

İnfeksiyalara qarşı təsirləri

İmmunitet sistemini gücləndirir və vücudun infeksiyalara qarşı daha sürətli reaksiya verməsini təmin edir. Antiseptik xüsusiyyəti, mədə və bağırsaq infeksiyalarının keçməsində kömək edir. Göbələk infeksiyalarının yaxşılaşmasına ən təsirli bitkidir.

Ağrılara qarşı təsirləri

Sinir uclarında mövcud olan müxtəlif hüceyrələrə təsir edir və ağrını keçirir. Menstruasiya ağrılarının keçməsinə kömək edir. Diz ağrısı üzərində də təsiri mövcuddur.

Zəncəfilin zərərləri nələrdir?

Çox istifadə zamanı mədə yanması və mədə turşuması kimi problemlərə yol aça bilər. Qan sulandırıcı xüsusiyyəti mövcuddur. Yeni zəncəfil yaxşı çeynənilərək istifadə edilməzsə, bağırsaq tıxanıqlığına yol aça bilər. Öd daşı olan şəxslərə mənfi təsir göstərir.

Hamiləlik müddətində diqqətlə istifadə edilməlidir. Çox istifadə zamanı düşük riski yarana bilir. Çox istifadə edildiyi zaman ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Zəncəfil necə istifadə edilir?

Təzə zəncəfil, istilik və oksigenə qarşı dayanıqsızdır. Təzə zəncəfil kökü, hava almayan sərin yerdə saxlanılmalıdır. Soyuqdəymə zamanı effektlidir. Zəncəfil tozunun bir şirniyyat qaşığından çox istifadə edilməməsi tövsiyə edilir. Bu miqdarlar immunitetə görə fərqlilik göstərə bilər. Kəskin dadı olduğundan yeməklərə az əlavə edilməsi tövsiyə edilir. (Qafqazinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri