Icma.az
close
up
RU
Bu dövlətlərin ərazisi azalacaq: bəziləri yox olacaq Dünya xəritəsi dəyişir

Bu dövlətlərin ərazisi azalacaq: bəziləri yox olacaq Dünya xəritəsi dəyişir

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada su böhranı getdikcə dərinləşir. Belə ki, İngiltərədə su anbarlarının sürətlə boşalması səbəbindən artıq həyəcan təbili çalınır. Bir qədər əvvəl Xəzər dənizinin də müəyyən hissələrdə 2 kilometr geri çəkilməsi xəbəri regionumuzda da vəziyyətin riskli həddə olduğunu göstərir.

Proses bizi hara aparır? Susuz dünyada hansı rejimdə yaşayacağıq?

Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bildirib ki, iqlim dəyişiklikləri fonunda dünya ölkələrində su ehtiyatlarının azalması, su ilə bağlı təbii fəlakətlərin artması və ekstremal vəziyyətlərin yaranması artıq gözlənilən haldır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə təhlükəli hadisələr daha çox müşahidə olunur:

“Məsələn, Hind okeanında yerləşən ada dövlətləri üçün okean səviyyəsinin qalxması ciddi təhdid yaradır. Gələcək onilliklərdə okean səviyyəsinin yüksəlməsi bu ölkələrin ərazilərinin azalmasına və bəzi ölkələrin tamamilə su altında qalaraq yox olmasına səbəb ola bilər. Bu isə böyük miqrasiya dalğaları, su ilə bağlı digər ekstremal hadisələr və daxili su hövzələrinin qurumasına gətirib çıxaracaq”.

Mütəxəssis əlavə edib ki, dünyanın müxtəlif regionlarında daxili göllər sürətlə quruyur:

Həmçinin oxuyun:

Yaşıl Zona COP29 çərçivəsində özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

“Afrikada Çad gölü, Avstraliyada Erqönü gölü buna nümunədir. Eyni zamanda, Aral və Urmiya gölləri tamamilə quruyub. İndi isə oxşar ssenari Xəzər dənizində müşahidə olunur. Çünki onun səviyyəsi iki metrə qədər azalıb. Xəzərin sahəsi böyük olsa da, səviyyənin daha da aşağı düşməsi mümkündür”.

Rövşən Abbasov su ilə bağlı ən çox rast gəlinən ekstremal hadisələrin quraqlıq və daşqınlar olduğunu vurğulayıb:

“Quraqlıq fermerləri susuz qoyur, əhalinin içməli suya çıxışını məhdudlaşdırır. Bu isə dünyada ərzaq böhranına səbəb olur və təsirləri xüsusilə kiçik fermerlərdə daha qabarıq görünür. Azərbaycanda da bu problemlərin təsiri hiss olunur”.

Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə çıxış yolu iqlim dəyişikliklərinə uyğunlaşmanı artırır:

“Azərbaycanın Milli Adaptasiya Proqramında bu istiqamətdə geniş planlar və tədbirlər mövcuddur. Proqram su ehtiyatlarının qorunması, sudan qənaətlə istifadə, ekstremal hadisələrə qarşı sığortalanma, fermerlərin maarifləndirilməsi və quraqlığa davamlı bitkilərin əkilməsi kimi məsələləri əhatə edir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri