Icma.az
close
up
RU
Bu gün ABŞ də hakimiyyətdə olanlar USAİD i qurd təşkilat elan ediblər RƏY

Bu gün ABŞ də hakimiyyətdə olanlar USAİD i qurd təşkilat elan ediblər RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tramp USAİD-i bağlaya bilər



ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və Amerikanın onlardan qurtulacağını bildirib. Tramp deyib ki, USAİD-i radikal dəlilər idarə edir və onları uzaqlaşdırmaq lazımdır. ABŞ prezidenti USAİD-in audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan edib. Qeyd edək ki, ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb. Bu arada USAİD-in Ermənistandakı fəaliyyəti də dayandırılıb. Məlumata görə, qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub. USAİD-in ABŞ Dövlət Departamenti ilə birləşdirildiyi deyilir. ABŞ Dövlət katibi Marko Rubio USAİD administratoru vəzifəsini icra edir. Təşkilatın təhlükəsizlik məsələləri üzrə 2 yüksək rütbəli işçisinin məzuniyyətə buraxıldığı qeyd olunub. Xatırladaq ki, 2-3 fevral tarixlərində USAİD-in həm rəsmi saytı, həm "X" sosial şəbəkə hesabı bağlanıb. Hazırda Agentliyin veb səhifəsi yalnız ABŞ Dövlət Departamentinin saytı daxilində mövcuddur. Agentliyin sabiq rəhbərləri bu qərarın yanlış olduğunu, USAİD-in dünya üçün "əhəmiyyətli təşkilat" kimi fəaliyyət göstərdiyini, 100-dən çox ölkəyə, əlçatmaz ərazilərə yardımlar göndərdiklərini bildiriblər. 

Ekspertlərə görə, hadisələrin ardıcıllığı USAİD-in müstəqil qurum kimi fəaliyyətini dayandıracağını deməyə əsas verir. Bu isə ABŞ-nin xarici siyasətində son illərdə baş verən ən əsaslı dəyişikliklərdən biri sayılır. Çünki əsas missiyasının dünyada "yoxsulluğun azaldılması"na, "demokratik idarəçiliyin güclənməsi"nə, "insanların humanitar böhranlardan çıxması"na yardım etmək olduğunu elan edən USAİD, əslində, ABŞ-nin əsas “yumşaq güc” vasitələrindən biri idi. Agentlik demokratiyaya dəstək və iqtisadi layihələr adı ilə dünyanın 80-dən çox ölkəsinə nüfuz edib. Qurum müəyyən humanitar layihələr, sahibkarlığa, qadın hüquqlarına dəstək, təhsil, tibb və s. sahələrdə sosial layihələr gerçəkləşdirsə də, mahiyyət etibarilə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) alt strukturu kimi çalışırdı. Təsadüfi deyil ki, MKİ-nin keçmiş direktoru Con Gilliqan “USAID-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib” deyə etiraf etmişdi. Ölkənin hərbi və kəşfiyyat dairələri USAİD-dən ABŞ-nin dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc”, “rəngli inqilab”lar həyata keçirmək üçün vasitəsi kimi istifadə edirdi. Belə aksiyalara zəmin yaratmaq üçün isə illərlə həmin ölkələrdəki qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə, mediaya və s. müxtəlif sahələrdə dəstək adı altında çoxmilyonlu qrant vasitələri ayrılır, vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq pozulurdu. Dünyada iri donor təşkilatlardan biri olan USAİD ötən illərdə bir çox qalmaqallarla yaddaşlarda qalıb. Bunun ən parlaq nümunələrindən biri Kubada “rəngli inqilab” törətmək cəhdi ilə bağlıdır. 2010-cu ildə ada dövlətində “ZunZuneo” sosial şəbəkəsi fəaliyyətə başladı. “Associated Press“in araşdırması zamanı aydın oldu ki, sosial şəbəkə USAİD tərəfindən ölkədə etirazçı kütləni koordinasiya etmək üçün yaradılıb və maliyyələşmənin USAİD-dən qaynaqlandığını gizlətmək üçün bir sıra saxta şirkətlər zəncirindən istifadə olunub. Hətta ABŞ Konqresi belə Mərkəzi Kəşfiyyat İdarəsi və USAİD-in gizli oyunundan xəbərsiz idi və tamamilə fərqli bir layihəyə səs verdiyinə inanırdı. Təsadüfi deyil ki, yeni ABŞ Administrasiyası da USAİD-in qanunsuz fəaliyyəti, hər il amerikalı vergi ödəyicilərinin milyardlarla dollar vəsaitini qaranlıq layihələrə, “rəngli inqilab”lara və geosiyasi avantüralara xərcləməsini önləməyə, maliyyə şəffaflığına nail olmağa çalışır. Proqnozlaşdırılır ki, USAİD-in ləğvi, yaxud onun Dövlət Departamentinə birləşdirilməsi bütün dünyada stabilliyə xidmət edən addım olacaq. Görünür, praqmatik Ağ Ev Administrasiyası da bunu anlayır. Eyni zamanda dövlət vəsaitlərinin qlobal destabiliziya prosesləri üçün xərclənməsini istəmir. 

Xüsusi vurğulamaq yerinə düşər ki, USAİD ölkəmizə qarşı da yalançı narrativlərin yayılmasında, dezinformasiya kampaniyasında aktiv iştirak edib. USAİD-in Azərbaycandakı fəaliyyətindəki mənfi təsiri qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, “etnik təmizləmə” kimi saxta ittihamlarda da özünü göstərib. Bu yanaşma xüsusən USAİD-in sayca 19-cu direktoru olan Samanta Paver tərəfindən aktiv aparıldı. Qarabağı könüllü tərk edən erməni sakinlərin “etnik təmizləmə”yə uğradığını deyən Paver periodik olaraq onlara ABŞ vergi ödəyicilərinin milyonlarla vəsaitini yönəldirdi. Halbuki, evlərindən didərgin salınan, 30 il doğma torpaqlarına ayaq basa bilməyən 1 milyondan çox azərbaycanlının hüququndan, çəkdiyi acı barədə fəaliyyəti boyu bir dəfə də danışmamışdı. Bu məqamda hadisələri analiz etmək qabiliyyəti ilə seçilən Prezident İlham Əliyevin uzaqgörənliyini qeyd etmək lazımdır. Ölkə başçısı ötən il dekabr ayının 18-də Rusiyanın “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində USAİD-i gözləyən aqibəti dəqiqliklə təxmin etmişdi: “Bax, onların USAİD adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə, bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycan daim USAİD tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşmişdi. Bu təzyiqlərə, qarayaxma kampaniyalarına, ölkə daxilində süni gərginlik və süni gündəm yaratmaq cəhdlərinə baxmayaraq, Bakı heç vaxt müstəqil xarici siyasət yolundan dönmədi. Son baş verənlər isə Azərbaycan hakimiyyətinin və dövlətinin tutduğu yolun nə qədər doğru və müdrik olduğunu bir daha göstərir. Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri fiaskoya uğrayan, daim ermənipərəst mövqeyi ilə seçilən USAİD artıq rüsvayçı şəkildə tarixin arxivinə yollanır.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a deyib ki, xalqları bir-birinə qarşı qoyanların, müxtəlif ölkələrə qarşı fəaliyyət göstərənlərin, "rəngli inqilablar" təşkil edənlərin, insanları öz milli dəyərlərindən uzaqlaşdıranların iç üzü açılmaqdadır. Deputat bildirib ki, bu sistemin iç üzünü açanlar da məhz sistemin başında dayanan şəxslərdir:

seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri