“Bu gün Azərbaycan xalqı öz təhlükəsizliyini qoruyacaq, hər bir təhdidin qarşısını ala biləcək qüvvəyə malikdir”
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
“Noyabrın 8-də Azərbaycanda Zəfər Bayramı təntənəli qeyd olunur. Çünki biz artıq tam şəkildə suverenliyimizi bərpa etmişik, bütün ərazilərimizdə bayraqlarımız dalğalanır. Bu, böyük bir şərəf və düşmənə mesajdır. Biz torpağımız üçün canımızdan, qanımızdan keçməyə hazırıq”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.
Deputat 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi anti-terror əməliyyatlarından danışaraq vurğulayıb ki, Xankəndidə 1 sutka belə çəkməyən lokal xarakterli anti-terror tədbirlərimiz nəticəsində bayraqlarımız Xankəndidə, vaxti ilə separatçıların özünə paytaxt seçdiyi ərazilərimizdə dalğalanır: “Bu il Zəfər Günümüzün 4-cü ilini qeyd edirik. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Ali Baş Komandana Azərbaycan xalqına bu günləri yaşatdı. Eşq olsun qüdrətli Azərbaycan hərbçilərinə ki, bu gün Azərbaycan xalqı öz təhlükəsizliyini qoruyacaq, hər bir təhdidin qarşısını ala biləcək qüvvəyə malikdir. Mən Birinci Qarabağ müharibəsi veteranı kimi sevinirəm ki, nəvələrimizin, gələcək nəsillərimizin üzünə dik baxırıq, bu bayramı alnıaçıq qeyd edirik”.
A.Nağıyev eləcə də Zəfər Günündən bəhs edərkən bu zəfəri Azərbaycan xalqına qazandıran şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Deputat həmçinin bu gün ən mühüm məsələmizin əldə etdiyimiz suverenliyimizi qorumaq, ərazi bütövlüyümüzü müdafiə etmək qabiliyyətinə malik olmaq və gələcəkdə daha mühüm addımlar atmaq üçün minalardan təmizlənmə prosesini həyata keçirib dinc quruculuq prosesini başa çatdırmaq, qaçqın və köçkün soydaşlarımızı öz ata-baba yurdlarına qaytarmaq olduğunu deyərək bir daha Zəfər Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, xalqımızın belə bayramlara haqqı olduğunu qeyd edib, yeni qələbələr arzu edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















