Icma.az
close
up
RU
Bu halda ABŞ İsraillə bərabər İrana qarşı yenə də güc tətbiq edəcək Polkovnik

Bu halda ABŞ İsraillə bərabər İrana qarşı yenə də güc tətbiq edəcək Polkovnik

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Amerika Prezidenti Donald Tramp açıqlamasında iyun ayında İrana qarşı həyata keçirilən hücumlarda nüvə obyektlərinin məhv olduğunu iddia edirdi. Amma göründüyü kimi, bu, heç də Amerika prezidentinin dediyi kimi deyil".

Bu fikirləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahları ilə bağlı bildirdiyi fikirləri şərh edərkən dedi.

Onun sözlərinə görə, İran əvvəlcədən ona hücum ediləcəyini bilirdi:

"İran bəzi qabaqlayıcı tədbirlər həyata keçirmişdi. Bəli, İranın nüvə obyektlərinin bir hissəsinə ziyan dəyib. Onun bərpası üçün hələ aylar lazım olacaq. Düşünməməliyik ki, İranın nüvə obyektləri tam məhv edilib. Mən elə fikir səsləndirməzdim və həmişə olduğu kimi Amerika prezidenti öz arzusunu bu şəkildə dilə gətirir. Yəni həm də öz reytinqinə işləmək üçün, öz reytinqini qaldırmaq üçün bildirir ki, hə, biz İranı məğlub etdik. Bəziləri İranın İsrail üzərində qələbəsindən, həmçinin Amerika üzərində qələbəsindən danışır. Bəziləri də onların İranı sıradan çıxartdıqları haqqında fikir söyləyirlər. Amma istənilən halda mən o fikirdəyəm ki, İranın nüvə obyektləri işlək vəziyyətdədir. İran özü də bəyan eləyir ki, biz bundan sonra uranın, nüvənin zənginləşdirilməsi prosesini həyata keçirəcəyik. Bu, sülh məqsədləri üçün həyata keçirilir".

Polkovnikin fikrincə, İran bundan sonra da həmin işləri davam etdirəcək:

"O ki qaldı ABŞ-nin yenidən İrana qarşı hərbi hücum etmə ehtimalına, bu ehtimal yüzə-yüz var və Amerika üçün, İsrail üçün lazım olan məqamda belə bir əməliyyat yenidən həyata keçiriləcək. Amma görünən odur ki, hələlik İran MAQATE ilə, yəni Rafael Qrossi ilə əməkdaşlıq etmək haqqında düşünmür. İrana iyun ayında zərbələr endirəndə bəyanat vermişdilər ki, Rafael Qrossi İranın nüvə obyektləri ilə bağlı məlumatı Amerikaya, İsrail və digər tərəflərə ötürüb. Ona görə İran xarici işlər naziri Abbas Əraqçı səviyyəsində bildirir ki, onlar İranın nüvə proqramını müzakirə etməyə hazırdırlar. Amma müzakirə olunacaq, hansı qərarlar verəcək, bu haqda yaxın aylarda məlumatımız ola bilər. Lakin istənilən halda bu gün İran yenə də Amerikanın, İsrailin diqqət mərkəzindədir".

Hərbi ekspert bildirdi ki, İran da son dərəcə diqqətli olmalıdır:

"İran nüvənin zənginləşdirilməsində, "biz nüvə silahı əldə edəcəyik", "belə eləyəcəyik, elə eləyəcəyik" ritorikasından bir qədər çəkinməlidir. Çünki bu cür bəyanatlar ən yüksək səviyyədə, hətta İran prezidenti səviyyəsində Amerikada, İsraildə və digər ölkələrdə qıcıq yaradır və bu da bir növ onlara İrana qarşı zərbələr endirməyə hüquqi əsas yaradır. İran maksimum çalışmalıdır ki, bu ritorikadan uzaq olsun. O ki qaldı hərbi hücum, mən hesab eləyirəm ki, hələ qarşıdakı illərdə tərəflər arasında çox gərgin müzakirələr gedəcək və müzakirələrin uğurla nəticələnməyəcəyi təqdirdə ABŞ İsraillə bərabər İrana qarşı yenə də güc tətbiq edəcək və bunu İranda da çox gözəl başa düşürlər və bilirlər", - deyə Üzeyir Cəfərov vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri