Icma.az
close
up
RU
Bu il dünyada 54 jurnalist iş başında öldürülüb

Bu il dünyada 54 jurnalist iş başında öldürülüb

Icma.az, Ayna saytına istinadən bildirir.

Risk xüsusilə hərbi münaqişələri işıqlandıran jurnalistlər üçün yüksək olub

2024-cü ildə dünyada 54 jurnalist iş başında öldürülüb. Risk xüsusilə hərbi münaqişələri işıqlandıran jurnalistlər üçün yüksək olub: 2024-cü ildə böhran bölgələrində öldürülən media işçilərinin sayı son beş ilin ən yüksək göstəricisidir. Qəzza zolağı növbəti dəfə ən təhlükəli bölgəyə çevrilib.

Bu və digər nəticələr Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dekabrın 12-də dərc etdiyi mətbuat azadlığına dair illik hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, hazırda dünyada 550 jurnalist həbsdədir ki, bu da 2023-cü ildən yeddi faiz çoxdur. Xüsusilə İsrail və Rusiyada həbsdə olan media işçilərinin sayı artıb.

Öldürülən 54 jurnalistin üçdə biri Qəzza zolağının payına düşür. RSF hesabatında deyilir ki, orada radikal HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra ümumilikdə 145-dən çox media işçisi öldürülüb. Öz növbəsində, 2022-ci ilin fevralında Rusiya Federasiyasının genişmiqyaslı təcavüzü başlayandan bəri Ukraynada azı 13 jurnalist öldürülüb.

Dünyada həbsdə olan jurnalistlərin demək olar ki, yarısı yalnız dörd ölkənin həbsxanadadır: Çin, o cümlədən, Honq-Konqda (124), Myanmada (61), İsraildə (41) və Belarusda (40). Bundan əlavə, 2024-cü ildə Rusiyada daha səkkiz jurnalist həbs edilib. İsrail Qəzza zolağında müharibə başlayandan bəri sistematik olaraq həbsləri qeydə alıb: son bir il ərzində 17 müxbir saxlanılıb.

Sərhədsiz Reportyorların Almaniya bölməsinin idarə heyətinin üzvü Anja Osterhaus “Media işçiləri öldürülür, həbs edilir, oğurlanır və çox vaxt bu vəhşi cinayətlər cəzasız qalır” deyə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri