Bu il qızıl nə qədər ucuzlaşıb? Son məlumat
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 226 manat 76 qəpiyə bərabər olub.
Yeniavaz.com xəbər verir ki, bir qram qızılın qiyməti bu ilin yanvar ayından ötən son 9 ayda 25,6% və ya 78 manat ucuzlaşıb. Belə ki, bu ilin yanvar ayının sonlarında bir qram qızılın qiyməti təxminən 305 manat olub.
Onu da qeyd edək ki, bu ilin əvvəlindən ötən 9 ay ərzində pərakəndə satış mağazalarında satılan qızıl-zinət əşyalarının da qiymətində kəskin ucuzlaşma olub. Bu ilin yanvar ayında ən çox tələbatın olduğu 585 əyarlı qızıl-zinət əşyalarının bir qramının orta satış qiyməti 195 manat olduğu halda, hazırda 165 manata kimi ucuzlaşıb. Nəticədə, qızıl-zinət əşyalarının qiyməti son 9 ayda təxminən 15% aşağı düşüb.
Elnur Əli
Baxış sayı:128
Bu xəbər 07 Oktyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















