Bu ilin azalacaq hasilat göstəriciləri reallıqda ötən ildə baş verdi Enerji məsələri üzrə ekspert
Icma.az bildirir, 525.az portalına istinadən.
“Hesablama Palatasından verilən məlumata görə, Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy ötən ilin noyabrında hazırlanıb və tarixində təsdiqlənib. Ona görə burada hasilatla bağlı proqnoz göstəricilərində il üzrə daha dəqiq operativ faktiki qiymətləri göstərmək mümkün olmayıb”.
Bunu 525.az-a enerji məsələri üzrə ekspert İlham Şaban söyləyib. O vurğulayıb ki, energetika nazirliyinin açıqlamasına görə, faktiki hasilat 27,7 min ton olub, daha doğrusu fərq 800 min ton təşkil edib. 2026-cı il üçün ölkə üzrə neft hasilatı proqnozu isə 27,6 mln idi. Yəni bu ilin azalacaq hasilat göstəriciləri reallıqda ötən ildə baş verdi:
“Yəni 9 ayın nəticələri əldə olan zaman cəmi 1 rüb üçün reallığa yaxın göstəricilərin proqnozunda görün nə qədər xəta yaranır. Amma Hesablama Palatasının hesabatındakı hasilatla bağlı xəta səviyyəsi daha yüksəkdir. Niyə? Çünki 12 yanvarda ictimaiyyətə açıqlanan rəydə göstərilir ki, AÇG-dən ötən il 123 mln barel neft çıxarılması proqnozlaşdırılır. Amma Energetika nazirliyinin məlumatına görə, hasilat 120 mln barel təşkil edib. Maraqlısı odur ki, 120 mln barel hasilatı Hesablama Palatası 2026-cı ilə proqnozlaşdırmışdı. Yəni, görünən odur ki, hökumət də, onu təftiş edən qurum da eyni alqoritm əsasında işləyir. Amma HP-nın istəyi olsaydı, bu rəyə 2025-ci ilin faktiki göstəricilərini daxil edərdi. Çünki hər ötən ay üzrə ölkədəki hasilat göstəricilərinə dair operativ məlumat artıq bu ayın əvvəlində hazır olur”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 14 Yanvar 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















