NATO yaxın zamanda Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməyi planlaşdırır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Belçika həm Avropa İttifaqının, həm də NATO-nun qurucu üzvlərindən biridir. Əslində, biz bu iki təşkilatı xarici siyasətimizdə çox vacib hesab edirik və Azərbaycanla əlaqələrimizdə də onların rolu böyükdür. Biz Avropa İttifaqı və NATO ilə münasibətlərin dərinləşdirilməsi gündəliyini tam şəkildə dəstəkləyirik”.
Bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon APA-ya müsahibəsində deyib.
Səfir bildirib ki, Avropa İttifaqı ilə münasibətlər artıq çox geniş mövzuları əhatə edir: “Bu, enerji, ticarət və bir çox digər sahələr ola bilər və biz bu əlaqələrin daha da inkişaf etdirilməsini dəstəkləyirik. Əslində, 2026-cı il bu baxımdan çox mühüm il olacaq. Çünki Azərbaycan və Avropa İttifaqı münasibətlərin dərinləşdirilməsi və yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar aparmaq barədə qərar qəbul ediblər. Belçika bu prosesi tam şəkildə dəstəkləyəcək. NATO ilə münasibətlərdə də müsbət inkişaflar var. Biz Azərbaycanı NATO üçün çox vacib tərəfdaş kimi görürük.
Həmçinin, xatırlayırıq ki, Azərbaycan uzun illər ərzində NATO-nun bəzi missiyalarına, o cümlədən Əfqanıstandakı missiyaya töhfə verib və biz bunu çox müsbət qiymətləndiririk. Azərbaycan ilə NATO arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Düşünürəm ki, NATO yaxın zamanda Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməyi planlaşdırır və biz bunu münasibətlərin inkişafı üçün yaxşı fürsət hesab edirik. Ümumilikdə isə hesab edirik ki, regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün Azərbaycanla birgə işləyə biləcəyimiz bir çox sahələr var və bununla bağlı iki nümunə göstərə bilərəm. Azərbaycan Ukraynaya münasibətdə çox iddialı və son dərəcə müsbət mövqe nümayiş etdirib, geniş humanitar yardım göstərib ki, bu da olduqca vacibdir, eyni zamanda, Ukraynanın elektrik infrastrukturunun bərpasına dəstək verib. Biz bunu çox əhəmiyyətli hesab edirik”.
Diplomat qeyd edib ki, Belçika Ukraynanı tam şəkildə dəstəkləyir və Azərbaycanın verdiyi töhfəni həlledici hesab edir: “Digər nümunə isə Yaxın Şərqdir. Bu məsələ isə hətta ilin əvvəlindən artıq çox aktual bir mövzudur, çünki biz İranda baş verən hadisələri izləyirik. Ümumilikdə, Azərbaycan Yaxın Şərq regionunda sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Keçən il İranda müharibə zamanı Belçika vətəndaşlarının ölkədən çıxmasına göstərdiyi köməyə görə Azərbaycana çox minnətdarıq. Bunu da Azərbaycan hökuməti ilə bu məsələlər üzrə qurula biləcək müsbət əməkdaşlıq və tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndiririk”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 14 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















