Bu küçədə yol nişanını görməzdən gələn sürücülər təhlükə yaradır Piyadalar ŞİKAYƏTÇİDİR VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində hərəkətdə olan sürücülər piyadalara təhlükə yaradır.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın rəsmi “İnstagram” səhifəsinə videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən ərazidə sürücülərin əksəriyyəti piyada keçidi nişanına və zolağına əhəmiyyət vermədən hərəkət edirlər. Nəticədə piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Kadrdan da aydın görünür ki, sürücülər yolu keçən piyadanı görsələr də onlara yol vermirlər. Təbii ki, belə halda piyadalar qəza təhlükəsiylə üz-üzə qalır.
Təəssüflə qeyd edək ki, nizamlanmamış piyada keçidlərində belə hallara rast gəlmək olur. Hər bir sürücü keçidə yaxınlaşan zaman sürət həddini aşağı salmalıdır. Piyadalar isə keçiddən istifadə etsələr də nəqliyyat vasitəsinin dayandığına əmin olduqdan sonra yolu keçməlidirlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 17 Fevral 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















