Ronaldo yenidən Yuventus a qarşı məhkəmədə qalib gəldi: klub ona külli miqdarda borcludur
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Məhkəmə "Yuventus"un Kriştiano Ronaldo ilə məhkəmə çəkişməsi ilə bağlı müraciətini rədd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun Turin klubu ilə gizli razılaşması olub və bu razılaşma "Yuventus"un koronavirus pandemiyası dövründə maaşını ödəməməsinə imkan verib. Lakin hücumçu klubdan ayrılsa belə, ona vəd edilmiş 19,9 milyon avronu hesabına köçürə bilməyib. Nəticədə portuqaliyalı məhkəməyə müraciət edib.
2024-cü ildə məhkəmə Ronaldonun tələbini qismən təmin edərək kompensasiya məbləğini 9,8 milyon avroya endirib. Klub qərardan apelyasiya şikayəti verib.
Turin əmək mübahisələri məhkəməsinin hakimi Can Luka Robaldo "Yuventus"un apelyasiyasını rədd edərək bildirib ki, klub artıq oyunçuya ödənilən pulu geri ala bilməyəcək. Faizlər də daxil olmaqla ümumi məbləğ təxminən 11 milyon avro təşkil edib.
"Yuventus" hüquqi xərcləri ödəyəcək, lakin bu, onun büdcəsinə təsir göstərməyəcək, çünki müvafiq xərclər artıq 2023-2024-cü illər üçün büdcələşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















