Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yunanıstanda qüvvəyə minən yeni qaydalara əsasən, Santorini adasında turistlərin daşınmasında istifadə edilən eşşək və qatırların daşıya biləcəyi yük məhdudlaşdırılıb.
Ölkə.az BBC News-a istinadla xəbər verir ki, yeni tənzimləməyə görə, heyvanların daşıya biləcəyi maksimum yük təxminən 100 kiloqram və ya onların bədən çəkisinin beşdə biri qədər ola bilər.
Bundan əlavə, heyvanların kölgə və suya çıxış imkanlarının artırılması da nəzərdə tutulur. Lakin bu qaydaların praktikada necə tətbiq olunacağı ilə bağlı müzakirələr hələ də davam edir.
Heyvan haqları müdafiəçiləri isə heyvanların həddindən artıq yüklənməsi və qeyri-adekvat baxım şəraitinə diqqət çəkərək turistləri alternativ nəqliyyat vasitələrindən istifadə etməyə çağırırlar.
Həmidə İbrahimova
Baxış sayı:113
Bu xəbər 17 Aprel 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















