Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

“BU QƏRAR SOYUQ STRATEJİ HESABLAMANIN NƏTİCƏSİDİR” “Ermənilər talelərinin Bakıda həll olunduğunu dərk edirlər”

“BU QƏRAR SOYUQ STRATEJİ HESABLAMANIN NƏTİCƏSİDİR” “Ermənilər talelərinin Bakıda həll olunduğunu dərk edirlər”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zahid Oruc: “Qalib dövlət intiqamla yox, məsuliyyət və humanizm dili ilə danışır”

Bakıda keçirilən “Əsrin məhkəməsi” Qarabağ Qələbəsinin ən böyük hüquqi nəticələrindən biridir, hətta sovetlərə nəsib olmayan hadisədir.

Dünyada Haaqa və digər tribunallar quran, Miloşeviçdən Karaçiçə qədər mühakimə paradı təşkil edən qlobal güclər torpaqlarımızın azadlığına dəstək vermədikləri kimi, separatçı xuntanın təmsilçilərini uzun illər paytaxtlarında qəbul etdikləri üçün onları ədalət mühakiməsinə və hakim qarşısına çıxarmayacaqdılar.

Azərbaycanın son addımı – 4 erməni məhkumu Ermənistana verməsi əsla xarici təzyiq, yaxud həmin şəxslərin hüquqi məsuliyyətinin inkarı, Qarabağda törədilən təcavüzkarlığın unudulması, siyasi sövdələşmə mövzusu deyil, soyuq strateji hesablamanın nəticəsidir. Dövlətimizi hər zaman olduğu kimi, torpaqlarımızın azadlığı, indi isə Qələbəmizin legitimliyinin uğrunda prinsipial mövqeyindən, xalqımızın mənafelərinin qorunmasından bir addım belə geri çəkdirmək mümkün deyil. Əksinə, son addımla taktiki yox, strateji üstünlüklər qazanılır.

Qərarla Azərbaycan beynəlxalq ictimaiyyətə açıq mesaj verir: biz münaqişəni bağlamaq, regionda sabitlik yaratmaq və sülh gündəmini irəli aparmaq niyyətindəyik. Mesaj xüsusilə ABŞ, Avropa İttifaqı və beynəlxalq təşkilatlar üçün oxunaqlı oldu. Uzun müddət Ermənistanın istifadə etdiyi “humanitar təzyiq” aləti faktiki olaraq əlindən alındı. Ermənistanın “Azərbaycan məhbus saxlayır” arqumenti sıradan çıxdı və sülh prosesində psixoloji üstünlük Azərbaycanın tərəfində qaldı.

“Qalib, amma intiqamçı olmayan dövlət” imici, münaqişədən sonrakı mərhələdə humanitar gündəmi idarə edən tərəf statusu ilə, xüsusilə də ABŞ, Avropa Birliyi və BMT, insan hüquqları institutları qarşısında mövqeyini bir daha gücləndirdi. Qarabağın azadlığından sonra müxtəlif beynəlxalq mərkəzlər və erməni lobbi şəbəkələrinin “əsir və girov” mövzusu ilə apardıqları kampaniya, imic ləkələmə və “təzyiq dili” neytrallaşdırıldı.

Nəticədə Ermənistanın manevr məkanı daha da daraldı, çünki İrəvanın son 5 ildə davamlı arqumenti – “Azərbaycan məhbusları saxlayır, humanitar hüquqları pozur” ittihamı iflasa uğradı, əsas təbliğat aləti əlindən alındı, sülh danışıqlarında psixoloji müdafiə istehkamı zərbə aldı, beynəlxalq tribunalarda arqumentsiz qaldı.

Əvəzində sülh gündəminin Azərbaycan lideri və dövləti tərəfindən idarə olunduğu, xüsusilə rəsmi Bakının regionda bütün geosiyasi və iqtisadi-siyasi proseslərin müəllifi olduğu növbəti dəfə təsdiqləndi. Minsk Qrupunun 30 il əsarətində saxladığı siyasi gündəlik İlham Əliyevin qalib iradəsi ilə əvəzlənib.

Son aksiyanın vaxt seçimi xüsusilə önəmlidir. ABŞ-ın Zəngəzur-Tramp yoluna yaşıl işıq yandırdığı, Rubio-Mirzoyan görüşünün nəticələrinin daha çox Bakının planlarına xidmət etdiyi, o cümlədən Sülh müqaviləsinin imzalanacağına dair Vaşinqtonun davamlı iradə nümayiş etdirdiyi, ölkəmizlə Strateji Xartiya perspektivi və Cənubi Qafqazda qurulan yeni geosiyasi arxitekturaya Ağ Evin dəstəyi, Ermənistana öhdəliklərinin icrasına dair son razılaşmalara “humanitar jest edirəm, indi siyasi cavab verin” prinsipi hərəkətə edən Azərbaycanın sülh gündəmini diqtə etdiyi növbəti dəfə təsdiqlənir.

ABŞ və Qərb üçün verilən siqnal oxunaqlıdır – Azərbaycan rasionaldır və regionda risk yox, sabitlik ixrac edir; Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi və regional layihələr üçün kredit etibarlıdır.

Məhbuslar mövzusu daxildə və xaricdə daimi müzakirə mövzusu idi. Onların selektiv verilməsi ilə – yalnız ağır xərçəng xəstəsi olan şəxsin, o cümlədən Livan və Suriya vətəndaşının qaytarılması ilə mümkün sanksiya ritorikaları zəiflədi, hüquqi manipulyasiya imkanları azaldı.

Niyə 4 nəfər sualına cavab qətidir – hərbi xuntanın nümayəndələri əsla verilməyəcək; klassik “kontrollu güzəşt” modeli tətbiq olunur. Humanitar diplomatiyada bir addım bir nəticə doğurmur, zəncirvari təsir üçündür. Azərbaycan 4 erməni müttəhimi verməklə güc nümayiş etdirdi. Vaqif Xaçatryanın qaytarılması 70 yaşlı müttəhimin – ağır xərçəng xəstəsinin həbsxanada ölməsi durumu beynəlxalq dairələrdə Qələbəmizə qarşı savaşanların güclü arqumentinə çevriləcək, Vardanyan kimiləri ətrafında Qərbdə qurulan ədliyyə-hakim-vəkil və siyasi təşkilatlar şəbəkəsinə impuls verəcəkdi.

“Əgər erməni məhbusları buraxılırsa, niyə siyasi məhbuslar azad edilmir?” kampaniyasına başlayanların məqsədi humanitar jesti daxili hüquqi-siyasi böhrana çevirmək, hakimiyyəti mənəvi dilemma qarşısında qoymaq, Qərb auditoriyasına “insan hüquqları problemi qalır” mesajını verməkdir. Ənənəvi siyasi texnologiyadır, hüquqi mübahisə deyil.

Vətən müharibəsində Qələbə qazanan dövləti milli maraqları, şəhidlərimizin ruhunu və torpaqlarımıza tökülən qanı kənara qoymaqda ittiham edənlər işğal partiyasının üzvləridir. Onların sayəsində separatçı rejim ərazilərimiz üzərində birinci Qarabağ savaşı ilə hökmranlıq qazanmışdı.

Rusiya-Ukrayna və bütün digər müasir müharibələrdə baş verən humanitar aksiyalar müxalif qüvvələrin arqumentini puç edir. Kateqoriyalar qəsdən qarışdırılır – erməni məhbusları, müharibə konteksti və beynəlxalq humanitar hüquq, “siyasi məhbus” iddiaları daxili hüquq-müdafiə hadisəsi kimi təhrif edilir. Halbuki nə hüquqi müqayisə yerindədir, nə də azərbaycanlı məhkum edilən şəxslərin əməllərini işğalçılıq aktında iştirak edənlərlə eyni müstəvidə götürmək mənəviyyat baxımından bağışlanmazdır. Dövlət “humanitar addım” atır, hamısını “təslim” etmir.

Halbuki son 4 ildə daim təzyiqlərə yenə də iradə göstərən məhz dövlətimiz idi. Biz həmin qüvvələri bir dəfə olsun, xuntaçıların məhkəmə salonları qarşısında aksiya keçirib şəhidlərin haqqını qoruduqlarını görməmişik.

Bir daha mövzular arasında paralelliyi qəbul etməyərək, siyasi mənsubiyyətindən asılı olmadan cinayət törədən şəxslərin əfv və amnistiya edildiyini, belə addımların qarşıdakı dövrdə də atılacağına inamımızı ifadə edirik. Siyasi barış və vətəndaş həmrəyliyi prezidentin apardığı dövlət kursunun mahiyyətini təşkil edir. Biz ölkəmizə qarşı siyasi məhbus kampaniyasının aparılmasını istəmirik.

Müharibə cinayətləri ilə daxili hüquqi məsələlər fərqli kateqoriyalardır.

8 avqust Qələbəmizin bir mərhələsi, siyasi-hərbi güc tərəfindən Ağ Ev Zirvəsində – sülh sammitində tanındığı mərasimdən sonra Donald Tramp Azərbaycan liderinə ən azı 6 dəfə rəsmi və açıq heyranlığını ifadə edib. Birləşmiş Ştatların və Azərbaycanın tarixində belə hal olmayıb. O, həmçinin ABŞ lideri erməni xuntaçılar məsələsinə toxunmuşdu və rəsmi Bakıdan belə bir xahişdə bulunduğunu bildirmişdi. Ona görə də dövlətimiz soyuqqanlı, hüquqa söykənən, strateji davranan tərəfdir.

Azərbaycan humanitar addımla dünyaya bir daha mesaj verdi: qalib dövlət intiqamla yox, məsuliyyət və humanizm dili ilə danışır.

Burada bir vacib məqam da var: hamısı yox, yalnız 4 nəfər verildi. Təsadüfi deyil. Azərbaycan humanitar jest etdi, amma danışıqlarda və siyasi proseslərdə təzyiq alətlərini hər zaman saxlayır.

Klassik və düzgün diplomatik balansdır – nə maksimum güzəşt, nə də sərt inkar.

Lakin bir həqiqəti nə qədər təkrarlasaq azdır – düşmənə ən böyük cəza torpaqlarımızın azadlığıdır. Əlbəttə, cinayətkarları ömürlük cəza alanları həbsdə saxlamaq bir daha separatizmin və torpaq iddialarının baş qaldırmaması deməkdir.

Onun üçün son hökmlərini gözləyən əsas şəxslər Bakıdadır. Bəzən düşmənin təbii ölüm qarşısında olanlarını bağışlamaq, bir xalqın gələcək mübarizəsi üçün daha böyük zərbə olur və onları azadlıq, mücahid simvollarına çevirənləri tərksilah edir.

Azərbaycan lideri “Tam və Qəti Qələbə”dən danışarkən, erməni məsələsinin coğrafiyamızdan kənara çıxması və son bir əsrdə 4 erməni dövlətinin iflasından sonra “real Ermənistan” durumuna gəlib çatmasını nəzərdə tutur. Ermənilər talelərinin Bakıda həll olunduğunu dərk edirlər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri