Icma.az
close
up
RU
Bu qida yaddaşı silir!

Bu qida yaddaşı silir!

Icma.az bildirir, News24 portalına istinadən.

Hər gün üç dəfə yemək yeyirik, amma bu yeməklərin beynimizə nə qədər təsir etdiyini düşünürükmü? 

News24.az bildirir ki, Harvard Universitetinin son araşdırması göstərdi ki, gündəlik həyatımızda mütəmadi istifadə etdiyimiz bəzi qidalar yaddaş itkisindən tutmuş demensiyaya qədər bir çox ciddi beyin xəstəliklərinə yol aça bilər. Mütəxəssislər bu təhlükəyə diqqət çəkir və xəbərdarlıq edirlər: “Bu qidanı rasionunuzdan çıxarın, beyninizi qoruyun!”

Beyin sağlamlığına təsir edən gizli təhlükə: Gündəlik qidalar

Son illər aparılan tədqiqatlar sübut edir ki, bədən sağlamlığımız qədər, zihni sağlamlığımız da qidalanmadan birbaşa təsirlənir. Harvard və Oxford universitetlərinin də iştirak etdiyi beynəlxalq araşdırmalar göstərir ki, xüsusilə müasir Qərb qidalanma tərzi beyin üçün ciddi təhlükə yaradır.

10 mindən çox insanın qatıldığı Avropa mərkəzli bir araşdırma nəticəsində sənaye üsulu ilə hazırlanmış, yəni “ultra işlənmiş” qidalarla zəngin bir pəhriz tətbiq edən şəxslərdə 50 yaşına çatmadan yaddaş pozğunluqları riski xeyli artdığı məlum olub. Ən diqqətçəkici məqam isə ondan ibarətdir ki, yalnız bir neçə aylıq düzgün qidalanma dəyişikliyi ilə beyində nəzərəçarpacaq dərəcədə bilişsel funksiyalarda irəliləyiş əldə etmək mümkündür.

“Yediyimiz hər şey beynimizin bir hissəsinə çevrilir”

Neyrobioloq və yazıçı Lisa Mosconi özünün “Brain Food” adlı kitabında qeyd edir:

“Yediyimiz hər bir qida beyin hüceyrələrimizi birbaşa təsirləndirir. Qidalar qan dövranı vasitəsilə neyronlara çatır, onları yeniləyir, sinir rabitəsini gücləndirir və uzunmüddətli yaddaşın formalaşmasında mühüm rol oynayır.”

Bu isə o deməkdir ki, zərərli qidalanma təkcə əhval-ruhiyyəmizi və enerjimizi deyil, beynin fiziki strukturunu da poza bilər.

Harvard Universitetinə görə beyin üçün zərərli 5 əsas qida qrupu

Harvard Universiteti beyin funksiyalarına zərər verə biləcək qidaları beş əsas kateqoriyada toplayıb:

1. Ultra işlənmiş qidalar

(Paketlənmiş qəlyanaltılar, qazlı içkilər, sənaye üsulu ilə hazırlanmış dondurmalar, hazır pizzalar və s.)

Bu qidalar beyin plastisiyasına zərər verir, neyronlar arasında əlaqəni zəiflədir. Qidalanmanın yalnız 20%-i təbii qidalarla əvəzlənəndə belə, alzheimer və demensiya riski 34% azalır.

2. Şəkər

Xüsusilə hipokampus adlı yaddaşa cavabdeh beyin bölgəsinə zərər verir və yaddaş zəifləməsinə səbəb olur.

3. Tez-tez istifadə olunan qızartmalar

Damar sisteminə təsir edərək beyinə qan axınını azaldır, bu da bilişsel qabiliyyətlərdə zəifləməyə səbəb olur.

4. Alkoqol

Neyronlar üzərində birbaşa mənfi təsir göstərir, uzunmüddətli yaddaş pozuntularına səbəb ola bilər.

5. Süni şirinləşdiricilər

"Daha yüngül" və ya “diyet” qidalar olaraq təqdim olunsalar da, diqqət əskikliyi və yaddaş problemləri ilə əlaqələndirilirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri