İbn Sinanın çoxəsrlik sirri: bu qida yaddaşı gücləndirirmiş FOTO
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İbn Sinanın “Əl Qanun fit-Tıp” kitabında unutqanlıq probleminin aradan qaldırılması üçün təbii üsullardan hazırlanan müalicə metodları yer alır.
Publika.az xəbər verir ki, kitaba əsasən unutqanlığa yaxşı təsir edən ədviyyatlardan ən diqqətçəkəni sarıkökdür.
Sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngindir. Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir. Kurkuminin qan və beyin damarlarına nüfuz etdiyini və Alzheimer xəstəliyinə qarşı qorunma təmin etdiyini göstərən araşdırmalar var.
Təbii piqmentlər sayəsində qaragilə də beyin hüceyrələrini sərbəst radikalların pis təsirlərindən qoruyur və yaşa bağlı yaddaş itkisinin qarşısını alır. O, həmçinin beyin hüceyrələri arasında sinir ötürülməsini, öyrənmə və məlumat emal proseslərini gücləndirən flavonoidlərlə zəngindir.
Həmçinin kitabda bir çox problem üçün zəncəfil və zəfəran kimi ədviyyatlar da tövsiyə edilib.
Bunlarla yanaşı yumurta, balqabaq toxumları, brokkoli və yağlı balıq da unutqanlıq probleminə yaxşı təsir göstərən təbii vasitələrdəndir.
Roza
Baxış sayı:123
Bu xəbər 02 Dekabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















