“Bu, şəxsən Putinə ünvanlanıb...” Kreml Trampın bəyanatını araşdırmağa vaxt istəyir
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı son açıqlamalarını "ciddi bəyanat" kimi qiymətləndirib və bildirib ki, Moskva bu açıqlamaları təhlil etmək üçün vaxta ehtiyac duyur.
Bu barədə iyulun 15-də Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O, Trampın dünənki çıxışına münasibət bildirərkən deyib: “ABŞ Prezidentinin bəyanatları kifayət qədər ciddi xarakter daşıyır. Onların bir hissəsi şəxsən Rusiya Prezidenti Vladimir Putinə ünvanlanıb. Əgər Prezident Putin bunu lazım bilsə, özü bu bəyanatlara münasibət bildirəcək”.
Xatırladaq ki, Donald Tramp dünənki çıxışında bəyan edib ki, Vaşinqton Rusiyaya Ukraynada müharibəni 50 gün ərzində dayandırmaq üçün vaxt verəcək.
Bu bəyanat Rusiya mətbuatında və siyasi dairələrində ciddi müzakirələrə səbəb olub. Peskovun sözlərinə görə, Moskva bu açıqlamanın həm forması, həm də mahiyyəti baxımından təhlil olunmasına ehtiyac görür.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















