Icma.az
close
up
RU
“Bu şəxslər vəzifədən uzaqlaşdırılmalıdır” Saxta diplom problemi niyə bitmir?

“Bu şəxslər vəzifədən uzaqlaşdırılmalıdır” Saxta diplom problemi niyə bitmir?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Xarici diplomların tanınması ilə bağlı Azərbaycanda üzə çıxan son qalmaqal, 53 nəfərin saxta sənədlə nostrifikasiya üçün müraciət etməsi faktı, ölkədə təhsil sənədlərinin yoxlanılması prosesinin nə qədər zəif və idarəolunmaz olduğunu bir daha sübut edir. Bu problem yeni deyil, illərdir davam edir və hər dəfə aşkarlananda yalnız “rəqəm açıqlanır”, amma köklü dəyişiklik baş vermir. Bu isə təkcə ayrı-ayrı insanların fırıldaqçılığı deyil, həm də dövlət qurumlarının məsuliyyətsiz və sistemsiz fəaliyyətinin nəticəsidir”.  
Bunu Demokrat.az-a tanınmış təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil müəssisələrinin verdiyi təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na əsasən tanınma prosesi universitetin akkreditasiyası, tədris proqramının qanuni statusu, təhsil müddəti, dərs yükü və kredit sistemi, təhsil formasının reallığı kimi bir sıra meyarlar əsasında aparılmalıdır:

“Hətta bu qaydalarda UNESCO və ENIC-NARIC məlumat bazalarının istifadəsi, diplom verən universitetin rəsmi dövlət reyestrində yoxlanılması məcburi göstərilir. Amma real vəziyyətdə bu meyarlar çox zaman kağız üzərində qalır. TKTA-nın hesabatına görə, 2023-cü ildə təqdim edilən 6000-dən çox xarici diplomdan təxminən 1,2%-i saxta olduğu üçün tanınmayıb. Bu rəqəm yalnız aşkarlanan halları əhatə edir, çünki bəzi ölkələrdə elektron məlumat mübadiləsi zəifdir və yoxlama çox vaxt məktəblərin özündən təsdiq məktubu tələb etməklə aparılır ki, bu da aylarla gecikir və sənədi yoxlamaq çətinləşir. Bu, Azərbaycanda hər kəsə açıq mesaj verir: saxta diplomla müraciət etsən, yaxalanmasan tanınacaq, yaxalansan maksimum diplom rədd ediləcək, hüquqi məsuliyyət isə demək olar ki, yoxdur”.
Ekspert qeyd edib ki, saxta diplomların coğrafiyası təsadüfi deyil:
“MDB ölkələrində, xüsusilə Ukrayna, Rusiya, Qırğızıstan və Qazaxıstanda fəaliyyət göstərən bəzi özəl qurumlar illərlə “tez və ucuz diplom” bazarı yaradıb və bu, Azərbaycanda yüksək tələbat tapıb. Hətta Gürcüstan və Türkiyədən gətirilən bəzi sənədlər də distant və tezləşdirilmiş proqramlar adı ilə verildiyi üçün şübhəli hesab olunub. Qərb ölkələrində bu hallar çox nadirdir, çünki akkreditasiya və diplom verilmə mexanizmi daha sərtdir, amma son illər onlayn diplom satışı adı ilə ABŞ və Avropa universitetlərinin adından istifadə edən saxta qurumların fəaliyyəti də təhlükə yaradır. 
Azərbaycanda isə saxta diplom təqdim edən şəxslərin çoxunun məqsədi real təhsil almaq deyil, sadəcə vəzifə, işə qəbul və ya imtiyaz qazanmaqdır. Problem ondadır ki, dövlət qurumları da işə qəbulda diplomu formal sənəd kimi tələb edir, bilik və bacarıqları yoxlamağa maraq göstərmir və bu vəziyyət “diplom bazarına” stimul verir”.
Kamran Əsədov bildirib ki, əgər yanaşma dəyişməsə, vəziyyət daha da pisləşəcək:
“Saxta diplomların qarşısını almaq üçün Azərbaycanda tam elektronlaşdırılmış, bütün tərəfdaş ölkələrlə inteqrasiya olunmuş yoxlama sistemi qurulmalı, diplom təqdim edən universitetlərin beynəlxalq akkreditasiya statusu ictimaiyyətə açıq elan edilməli, “diploma mill” adlanan müəssisələrin siyahısı yaradılmalı və vətəndaşlar bu barədə vaxtında məlumatlandırılmalıdır. Saxta diplom təqdim edənlərə qarşı Cinayət Məcəlləsinin 320-ci maddəsi ciddi tətbiq edilməli, dövlət qurumlarında saxta diplomla vəzifə alanlar vəzifədən uzaqlaşdırılmalı və məsuliyyətə cəlb olunmalıdır. Əks halda, dövlətin ali təhsilə ayırdığı nüfuz və vəsait itəcək, diplom real bacarığın yox, pulun göstəricisinə çevriləcək və təhsil sisteminə ictimai inam daha da sarsılacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Avqust 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri