Bu şəxslərin müraciətlərinə senzurasız baxılacaq
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə müvəqqəti saxlama məntəqələrinə yerləşdirilən şəxslərin müvafiq icra hakimiyyəti orqanına ünvanladıqları şikayətlər senzuradan keçirilmədən 24 saat ərzində İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmana) göndəriləcək.
Dövlət başçısının imzaladığı müvafiq Fərmanla müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirəcək.
Baxış sayı:64
Bu xəbər 15 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















