Icma.az
close
up
RU
Bu siyasət Avrasiyanın enerji xəritəsinin yeni dizaynı ilə nəticələnəcək Mövqe

Bu siyasət Avrasiyanın enerji xəritəsinin yeni dizaynı ilə nəticələnəcək Mövqe

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Cənab Prezident İlham Əliyevin hədəflərə hesablanmış yürütdüyü  uzaqgörən siyasət nəticəsində Azərbaycan müasir dünyada baş verən mürəkkəb geosiyasi proseslər, qarşıdurmalar, böhranlar fonunda mövqeyini möhkəmlədib uğurlar əldə etməklə, yeni dünya düzənində ciddi oyunçu rolu getidkcə daha da artmaqdadır. Azərbaycan bu gün  nəinki Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən etibarlı bir əməkdaşlıq  körpüsü yaratmaqla Avrasiya coğrafiyasında təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaranmasında xüsusi rol oynamaqdadır. Cənab Prezident İlham Əliyev  toplantı çərçivəsində təsadüfən bəyan etmədi ki, bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Bunun nəticəsidir ki, Azərbaycan dünya ölkələri  tərəfindən etibarlı və səmimi tərəfdaş kimi qəbul edilir. Bu günlərdə Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində keçirilən toplantısı isə bunun növbəti bariz nümunəsi hesab etmək olar”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması istiqamətində əvəzedilməz bir ölkəyə çevrilməkdədir. “Hətta Azərbaycana qarşı qərəzli siyasət yürüdən bəzi Qərb ölkələri özləri belə Azərbaycanın Avropanın enerji arxitekturasının təmin olunmasındakı müstəsna rolu görür və dəyərləndirirlər. Onlar onu da dərk edirlər ki, Azərbaycan ötən müddət ərzində təkcə hasilatçı kimi yox, həm də hasil olunan enerjinin istehlakçıya çatdırılmasında özünü etibarlı tərəfdaş kimi sübut edib.

Buna görə də Avropa ölkələri Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Bunun nəticəsidir ki, Azərbaycanın 12 ölkəyə ixrac etdiyi qazın 8-i Avropa İttifaqına üzv olan ölkələrdir. Qarşıdakı illərdə isə bu ölkələrin sayı getdikcə daha da artacaq”, - o qeyd edib.

O əlavə edib ki, əgər Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avrasiya coğrafiyasının enerji xəritəsini dizayn edirdisə, növbəti mərhələdə “yaşıl enerji” vasitəsilə yenidən dizayn etmək niyyətindədir: “Artıq bu istiqamətdə ilkin uğurlu addımlar atılmaqdadır.  Azərbaycan “yaşıl enerji” sahəsində daha ciddi iddiaları var. Bu da ondan ibarətdir ki, Azərbaycan alternativ enerji sahəsində Qlobal Şimalla Qlobal Cənub arasında bir körpü rolunu oynamaq missiyasını öz üzərinə götürüb. Bu məqsədlə də Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində keçirilən toplantıda neft-qaz sahəsində olduğu kimi, alternativ enerji sahəsində də Xəzər hövzəsi, Mərkəzi Asiya bölgəsi ilə Avropa arasında meqa layihələri həyata keçirməyi planlaşdırır. Azərbaycan Xəzər dənizindəki külək elektrik stansiyalarından və Mərkəzi Asiyadan Avropaya böyük həcmdə yaşıl enerji tədarükünə yönəlmiş  “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan”, “Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi” kimi meqa layihələri mövcuddur. Toplantı çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Anlaşma Memorandumu  imzalanması  isə bu istiqamətdə atılan növbəti uğurlu addımdır. Nəzərdə tutulan bütün bu layihələr, həm Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasında, həm Avrasiya coğrafiyasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasında, həm Azərbaycanın, Xəzər hövzəsi və Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji resurslarının nəqli sahəsində geniş  əməkdaşlıq imkanları yaradacaq. Bu da  nəticə etibarlı ilə nəinki Cənubi Qafqazda, bütövlükdə Avrasiya coğrafiyasında sabitliyin, təhlükəsizliyin  və sıx əməkdaşlıq formatının yaranmasına öz töhfəsini verəcək. Cənab Prezident İlham Əliyevin yürütdüyü bu uzaqgörən siyasət yekunda Azərbaycanın bərpaolunan enerji sahəsində Avrasiyanın enerji xəritəsinin dizayn edilməsi ilə nəticələnəcək”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri