Icma.az
close
up
RU
Bu, Türk dünyası daxilində süni psixoloji baryerlərin aşılmasında mühüm addım idi Açıqlama

Bu, Türk dünyası daxilində süni psixoloji baryerlərin aşılmasında mühüm addım idi Açıqlama

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Budapeştin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının sammiti yalnız Şərqlə Qərbin qovşağında yerləşən coğrafi məkanın deyil, həm də ideoloji və siyasi mübarizələrin simvoluna çevrildidi. Bu sammitin “Şərq və Qərbin görüşdüyü məkan” devizi ilə keçirilməsi də bu baxımdan xüsusi önəm kəsb edirdi və həm də Avropa İttifaqının üzvü olan Macarıstanın bu zirvəyə ev sahibliyi etməsi yalnız məkanca deyil, siyasi baxımdan da təsadüfi deyildi. TDT-də müşahidəçi statusuna malik olan Macarıstan öz tarixi-mədəni yaxınlığını ön plana çəkərək Türk dünyasına inteqrasiya üçün nadir imkanlar təqdim edir. Budapeşt Zirvəsi Macarıstanın bu istiqamətdə oynadığı mühüm rolun təsdiqidir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, Budapeşt zirvəsi ilə TDT özünün funksional ittifaqa çevrilməsi yolunda daha bir addım atmış oldu: “Xüsusilə enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr təşkilata iqtisadi dəyər, informasiya texnologiyaları və təhlükəsizlik sahəsində əməkdaşlıqlar isə strateji dərinlik qazandırdı. Azərbaycanın və Qazaxıstanın enerji potensialı, Türkiyənin siyasi çəkisi, Özbəkistan və Qırğızıstanın Orta Asiyada yüksələn rolu birlikdə TDT-nin beynəlxalq nüfuzunu artırmaq üçün real baza yaradır.
Bu sammit son vaxtda türk dünyasının daxilində süni olaraq yaradılan psixoloji baryerlərin aşılmasında da mühüm bir mərhələ təşkil etdi. Heç şübhəsiz təşkilatın gələcəyi yalnız coğrafi inteqrasiyaya deyil, ortaq strateji şüurun formalaşmasına bağlıdır və bu strukturun hansı məqamlarda “tarixi bağ” formatından çıxaraq real gücə çevriləcəyi əhəmiyyətlidir. Eləcə də, Qərbin enerji və nəqliyyat təhlükəsizliyində türk dünyasına artan marağı təşkilatın qlobal tərəfdaşlıq imkanlarını genişləndirir. Buna görə də TDT daxilində siyasi iradənin davamlılığı, iqtisadi layihələrin real nəticə verməsi və ən əsası – təşkilat daxilindəki fərqli maraqların balanslaşdırılması vacibdir. Bu baxımdan Budapeşt sammiti göstərir ki, bu struktur artıq sadəcə istək və niyyətlərlə yox, formalaşmaqda olan konkret institutlarla, inteqrasiya mexanizmləri ilə çıxış etməyə başlayır. Sammitin sonunda qəbul edilən “Budapeşt Bəyanatı”nın məzmunu bu iqtisadi-siyasi uğurun göstəricisidir”.

Deputat əlavə edib ki, Budapeşt sammitində Azərbaycan prezidentinin çıxışında əks olunan tezislər də bird aha ölkəmizin birlik daxilndəki yüksək mövqeyini göstərmiş oldu: “Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı liderlik statusu daha çox realist beynəlxalq münasibətlər nəzəriyyəsinin əsas prinsiplərinə uyğun olaraq, hərbi, iqtisadi və diplomatik güc elementlərinin balanslı istifadəsi nəticəsində formalaşmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə edilən hərbi üstünlük Bakının həm də yeni bir geosiyasi oyun quruculuğunun başlanğıcı oldu. Eyni zamanda Azərbaycan Xəzər hövzəsinin enerji nəhəngi kimi TDT-nin enerji diplomatiyasının əsas sütunlarından biridir. Azərbaycan öz “qələbə diplomatiyası” ilə bu uğuru daha geniş regional inteqrasiyaya çevirə bildi. Zəngəzur dəhlizi ideyası ümumtürk strateji inteqrasiyası baxımından mühüm bir addımdır və bu dəhliz vasitəsilə türk dövlətləri vahid iqtisadi, siyasi və enerji məkanının formalaşdırılması istiqamətində irəliləyiyəcək. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğulanan fikir – “Türkdilli Dövlətlət Təşkilatı keçmişin yox, gələcəyin layihəsidir” gələcək yönlü strateji əməkdaşlığın qurulmasına çağırışdır”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri