Bu universitetdə yay imtahanlarının vaxtı açıqlandı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimat olub.
Bildirilib ki, yaz semestrinin imtahan sessiyası 2 iyun - 4 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Bakalavriat səviyyəsi üzrə Buraxılış Yekun Dövlət Attestasiyalarının 23 -24 iyun 2025-ci il, magistratura səviyyəsi üzrə isə 16 - 30 iyun 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Elmi Şuranın sədri, rektor Cəfər Cəfərov ADPU-nun bakalavriat səviyyəsi üzrə təsdiq olunmuş qəbul planından danışıb.
Professor C.Cəfərov bildirib ki, növbəti tədris ili üçün Pedaqoji Universitetə ayrılmış plan yerlərinin sayı 2705-dir. Yeni tədris ilində 7 ixtisasda ingilis bölməsi, 11 ixtisasda rus bölməsində kadr hazırlığı davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















