Bundesver “Rheinmetall” şirkətinə tank mərmilərinin tədarükünü sifariş verib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 8 dekabr, AZƏRTAC
Almaniya Silahlı Qüvvələri (Bundesver) “Rheinmetall” şirkətinə 120 millimetrlik tank mərmisinin tədarükünü sifariş verib.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumatda mövcud döyüş və təlim məqsədli mərmilərin sifarişini nəzərdə tutan müqavilənin bir neçə yüz milyon avro dəyərində olduğu bildirilib.
Bundesver 2023-cü ilin iyulunda mövcud çərçivə müqaviləsini genişləndirərək tank sursatının tədarük həcmini 4 milyard avroya çatdırmışdı.
Bu müqavilə çərçivəsində 2030-cu ilin sonunadək müxtəlif modifikasiyalarda bir neçə yüz min döyüş və təlim mərmisinin əldə olunması nəzərdə tutulur. Həmin sursat “Leopard 2” əsas döyüş tankının silah sistemi tərəfindən istifadə olunur.
Bu sifariş “Rheinmetall” şirkətinin “Bundesver” üçün 120 millimetrlik tank mərmisi sahəsində əsas təchizatçılardan biri kimi rolunu gücləndirir. Sifariş ordunun ehtiyatında yaranan boşluqları aradan qaldırmaq və mövcud təhlükəsizlik vəziyyəti fonunda sursat ehtiyatını artırmaq məqsədi daşıyır. “Rheinmetall” şirkəti “Leopard” tanklarından istifadə edən bir sıra ölkələr üçün bu kalibrli silahlar üzrə əsas təchizatçı hesab olunur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















