Icma.az
close
up
RU
Bunlar baş verəcəyi təqdirdə, Tramp Putin sövdələşməsinin pozulma ehtimalı ən yüksək həddə çatar ŞƏRH

Bunlar baş verəcəyi təqdirdə, Tramp Putin sövdələşməsinin pozulma ehtimalı ən yüksək həddə çatar ŞƏRH

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ər-Riyadda Rusiya-ABŞ danışıqları və eyni vaxtda Zelenskinin Ankaraya səfəri ABŞ və Türkiyənin müharibəni birlikdə bitirmək istədiyi fikrini gücləndirir. Türkiyə, Azərbaycanın və Suriyanın timsalında olduğu kimi, Ukraynanın hərbi potensialının gücləndirilməsində rol oynaya bilərmi? Tramp atəşkəs prosesindən sonra Ukraynanın ordusunu yenidən qurmaq işini Türkiyəyə həvalə edə bilərmi?"
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elçin Xəlilbəyli bildirib ki, Tramp administrasiyasının Ukrayna ilə bağlı planlarında Türkiyənin sülh prosesinə cəlb olunması kimi bir niyyəti yoxdur:
“Bu iki proses bir-birinə paralel cərəyan edir. Əslində bir-biri ilə də ziddiyyət təşkil edir. Çünki Tramp administrasiyası Kremllə səhnə arxasında sövdələşmək xətti yürüdür. Bu sövdələşmədə də ilk növbədə ABŞ-nın və Rusiyanın maraqları müzakirə olunur, yəni ön plana çıxarılır.Həm Ukrayna, həm də Avropa Birliyi  Ukrayna böhranının nizamlanması üzrə danışıqlar prosesindən kanarda saxlanılır. Belə bir situasiyada Tramp-Putin sövdələşməsinin təhlükəli nəticələr verəcəyini nəzərə alan Türkiyə bu prosesə müdaxil eləmək qərarı verib. Ona görə də Ər-Riyad danışıqlarına paralel olaraq Ukrayna prezidenti Zelenski Ankaraya dəvət olundu. Ankarada Ərdoğan və Zelenski arasında bir neçə saat davam edən bir görüş keçirildi. Belə anlaşılır ki, ABŞ-nın Rusiyayla sövdələşməkdə olduğu bir situasiyada, Avropa Birliyinin də Rusiya təhlükəsindən xofa düşdüyü bir situasiyada Türkiyə avanqard dövlət statusu qazanmaq imkanlarını sınaqdan keçirir. Belə anlaşılır ki, rəsmi Ankara Ukrayna böhranının nizamlanması prosesində Tramp-Putin sövdələşməsini pozmaq imkanlarına malikdir.Əgər Ukrayna öz gələcək taleyini düşünərək daha cəsarətli və prinsipial mövqə tutarsa, Zelenski hakimiyyəti Tramp-Putin sövdələşməsinin nəticələrini qəbul etməzsə, buna paralel olaraq da, Prezident Zelenski Tramp-Putin sövdələşməsinin nəticələri üzərində qurulmuş sülh sazişini imzalamazsa, o zaman Türkiyənin Ukraynaya dəstəyi bu dövlətin gələcək taleyini müəyyən olunmasında həlledici rol oynaya bilər. Yəni, Rəsmi Kiyevin cəsarətli və prinsipial siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, Türkiyə Tramp-Putin sövdələşməsini pozmaq imkanı qazana bilər”. 
Politoloq onu da qeyd edib ki, Türkiyənin Ukraynaya dəstəyi Ukraynanın gələcək taleyini müəyyən edə biləcək yeganə faktora çevrilmiş kimi görünür:
“Əgər bütün bunlar baş tutarsa, yəni rəsmi Kiyev Türkiyənin dəstəyini dəyərləndirərək, prinsipial mövqə tutarsa, bu halda Avropa Birliyi də nəhayət ki, cəsarətlənərək Türkiyənin yürütdüyü xəttə dəstək vermək qərarına gələ bilər. Bu halda da, bütün bunlar baş verəcəyi təqdirdə, Tramp-Putin sövdələşməsinin pozulma ehtimalı ən yüksək həddə çatar. Bu baxımdan hesab etmək olar ki, Türkiyənin başlatdığı proses Tramp-Putin sövdələşməsinə paralellik təşkil eləməklə yanaşı, həm də ziddiyyət təşkil edir. Bu iki xətt bir-birinin əleyhinə yönəlmiş istiqamət kimi görünür. Türkiyə qlobal məkanda öz siyasi iradəsini ortaya qoyaraq Ukrayna böhranının, Rusiyanın xeyrinə və ABŞ-nin maraqlarına uyğun nizamlanmasının qarşısını almaq qərarı verir.Bu baxımdan Türkiyənin başlattığı proses hazırda həm Ukraynanın, həm də Avropa Birliyinin yeganə şansı kimi görünür”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Fevral 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri