Icma.az
close
up
RU
Bunlar bizi zobdan qoruyacaq. Sadə tövsiyyələr

Bunlar bizi zobdan qoruyacaq. Sadə tövsiyyələr

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qalxanvari vəzi orqanizmin, demək olar, bütün funksiyalarına təsir edir.

Məhz bu səbəbdən qalxanvari vəzdə pozulmalar yarandıqda orqanizmin bir çox orqan və sistemləri əziyyət çəkir.

Həkimlərin fikirinə görə, qalxanvari vəzi xəstəliklərinin qarşısını almaq çox da çətin deyil. Bunun üçün sadəcə həkimlərin çox sadə tövsiyələrinə əməl etmək lazımdır.

- Qalxanvari vəzinin xəstəliklərinin əsas səbəbi yodun çatışmazlığıdır. Bu problemi həll etmək üçün dünyanın bir çox ölkələrində yodlaşdırılmış duzdan istifadə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, yodlaşdırılmış duzdan istifadə edən ölkələrdə qalxanvari vəzi xəstəliklərinin sayı xeyli azalıb.

Bu səbəbdən dünya endokrinoloqların ilk tövsiyəsi - yodlaşdırılmış duzdan istifadə etməkdir.

Lakin onu da nəzərə almaq lazımdır ki, tireotiksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması), qalxanvari vəzi xərçəngi və bəzi digər xəstəliklər zamanı yodlaşdırılmış duzdan istifadə etmək olmaz.

- Qalxanvari vəzi gün şüalarının həddən artıq təsirini sevmir. Bu bizim əhalimiz üçün çox aktualdır. Alimlər çoxdan sübut ediblər ki, gün şüalarının həddən artıq təsiri orqanizmdə bir çox pozulmalara yol açır. Bu pozulmaların arasında qalxanvari vəzi xəstəlikləridir.

Bu səbəbdən "zaqar"dan süi-istifadə etmək çox təhlükəlidir. Bunu xüsusilə yaxın qohumlar arasında qalxanvari vəzi xəstəlikləri olan insanlar nəzərə almalıdır.

- Həkimlərin müşahidələrinə görə, siqaret çəkmək qalxanvari vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən siqaret çəkməkdən imtina qalxanvari vəzinin sağlamlığı üçün çox önəmlidir.

- Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq nəticəsində orqanizmdə  hipovitaminoz və avitaminoz (vitaminlərin və mineralların çatışmazlığı) inkişaf edir. Bu isə sağlamlıq üçün çox ziyanlıdır. Qalxanvari vəzinin normal fəaliyyəti üçün ona yoddan əlavə bir çox digər maddələr lazımdır - marqans, mis, sink, dəmir, kobalt və s. Bu maddələrin çatışmazlığı qalxanvari vəzinin sağlamlığına mənfi təsir edir.

İnsanın qidalanması çeşidli olmalıdır, qidalanmada bütün əsas qida məhsulları qrupları (meyvə-tərəvəz, ət və süd məhsulları, paxlalılar, bənli bitkilər, bitki yağları və s.) yer almalıdır. Yalnız bu halda insan öz orqanizmini onun normal fəaliyyəti üçün lazım olan bütün maddələrlə təmin edəcək.

- Güclü stress qalxanvari vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən həkimlər stress vəziyyətlərdən mümkün qədər uzaq olmaq, çox güclü, xroniki stress zamanı isə mütəxəssislərin köməyinə müraciət etmək tövsiyə edirlər.

- Tez-tez təkrarlanan infeksion və virus xəstəlikləri qalxanvari vəzinin sağlamlığı üçün çox ziyanlıdır. LOR orqanlarında (qulaq, burun, boğaz) olan xroniki iltihablar xüsusilə təhlükəlidir. Bu səbəbdən belə iltihabları vaxtında müalicə etmək çox vacibdir.

- Həkimlərin müşahidələrinə görə, artıq bədən çəkisi də qalxanvari vəzidə pozulmalara səbəb ola bilər.

- İmmun sisteminin daim möhkəmləndirilməsi bütün orqanların və, o cümlədən, qalxanvari vəzinin sağlamlığı üçün olduqca vacibdir. Düzgün qidalanma, fiziki aktivlik, açıq havada gəzintilər, kifayət qədər yuxu və istirahət insanın immun sisteminin sağlamlığını təmin edən əsas amillərdəndir.

- Profilaktik müayinələr çox vacibdir. Bu müayinələr insanda olan pozulmaları ilkin mərhələlərdə aşkar etməyə imkan verir. Bu isə istənilən xəstəliyin daha tez və asan müalicə etməsini təmin edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri