Icma.az
close
up
RU
Bunları edin, gün boyu enerjili QALIN

Bunları edin, gün boyu enerjili QALIN

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğunu bildirirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  yaz mövsümündə orqanizmin immunitetini güclü saxlamaq üçün balanslı və vitaminlərlə zəngin qidalanma vacibdir.

Mövsümi dəyişikliklər zamanı orqanizmdə yorğunluq, halsızlıq və diqqət problemləri yarana bilər. Bu halların qarşısını almaq üçün antioksidantlarla zəngin qidaların qəbulu tövsiyə olunur. Portağal, naringi, limon və təzə tərəvəzlər immun sistemini dəstəkləyir.

Eyni zamanda, balıq, kətan toxumu və qoz kimi omeqa-3 mənbələri diqqəti artırmağa və yorğunluğu azaltmağa kömək edir. Brüssel kələmi, kök, avokado, yumurta, fındıq və badam da gündəlik qidalanmaya əlavə oluna bilər.

Mütəxəssislər şəkərli desertlər, ağ çörək, tort və peçenye kimi sadə karbohidratların enerji səviyyəsini müvəqqəti artırsa da, daha sonra sürətli enişə səbəb olduğunu bildirir.

Omeqa-3 tərkibli qidalar həm enerji verir, həm də yuxu keyfiyyətini yaxşılaşdırır. Yatmazdan 1-2 saat əvvəl qoz, badam və fındıq kimi yüngül qidaların qəbulu daha rahat yuxuya kömək edə bilər. Kefir və qatıq da həzmi asanlaşdıraraq orqanizmin istirahətini dəstəkləyir.

Yaz aylarında əhval dəyişikliklərinin qarşısını almaq üçün serotonin istehsalını dəstəkləyən qidalar önə çıxır. Yulaf, tünd kakao, qırmızı və bənövşəyi meyvələr bu baxımdan faydalıdır.

Həmçinin yüksək kakao tərkibli şokolad və omeqa-3 ilə zəngin avokado, balıq və qoz-fındıq kimi məhsulların psixoloji vəziyyətə müsbət təsir göstərdiyi qeyd edilir.

İmmunitetin güclü qalması üçün protein, vitamin və antioksidantlarla zəngin qidalanma əsas şərt hesab olunur. Sitrus meyvələri, kivi, nar, çuğundur və armud orqanizmin müdafiə sistemini gücləndirir.

Probiotiklərlə zəngin kefir, qatıq və fermentləşdirilmiş məhsullar isə bağırsaq sağlamlığını dəstəkləyərək immunitetə müsbət təsir göstərir.

Mütəxəssislər yaz aylarında B, C, D vitaminləri ilə yanaşı, sink və selen kimi mineralların da kifayət qədər qəbul edilməsinin vacibliyini bildirirlər. Eyni zamanda, kifayət qədər su içmək və emal olunmuş qidalardan uzaq durmaq tövsiyə olunur.

Yaz mövsümündə balanslı qidalanma həm enerji səviyyəsini yüksəldir, həm də ümumi sağlamlığı qorumağa kömək edir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 İyun 2026 02:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri