Icma.az
close
up
RU
Cahangir Əliyev və Gülnar Zeynalova TikTok da fenomen oldular: “Bu şəraiti bizə yaradan yoxdur“ ÖZƏL+ VİDEO

Cahangir Əliyev və Gülnar Zeynalova TikTok da fenomen oldular: “Bu şəraiti bizə yaradan yoxdur“ ÖZƏL+ VİDEO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Adətən trend mahnılar siyahısına nəzər yetirdikdə ön sırada çox zaman bayağı mahnıların qərar tutmasına şahidlik edirik. Bu dəfə isə tam fərqli bir situasiya ilə qarşılaşdıq. Belə ki, gənc xanəndələr Cahangir Əliyevlə Gülnar Zeynalovanın səsləndirdiyi "Alma almaya bənzər" adlı mahnısı trendlərdə birincidir. Çox nadir hallarda xalq mahnılarının bu qədər trend olduğunu görsək də gənc xanəndələrimizin buna nail olması sevindirici haldır. 

 Moderator.az mahnının ifaçılarından olan gənc xanəndə Gülnar Zeynalova ilə həmsöhbət olub. Onunla mahnının necə trendə çevrilməsindən danışdıq. 

"İnanırdım ki, bir gün xalq mahnılarımız da trenddə qərar tutacaq.  Ən çox dinlənilən, sevilən, dillər əzbərinə çevrilənlərdən olacaq. Bizim dəyərli xalq artistimiz Gülyaz Məmmədova ilə tanınmış sənətkarımız Mehman Mikayılov bizə bu mahnını verdi.  Ümumiyyətlə, müəllimlərimiz bizə hər hansı mahnını  verəndə onu ürəklə təqdim edirlər. Əgər mahnıya ürək qoymasan, o mahnı o qədər sevilməz.  Bunu bizə  Gülyaz xanım öyrədib". 

İfanın məşhurlaşmasına gəlincə, müsahibimiz deyir ki, mahnını zümzümə edərək "Tik-Tok" sosial şəbəkə platformasında paylaşıb:

"Mahnını zümzümə edib 30 saniyəlik çəkib "Tik-Tok"da paylaşdım. Yarım saatdan sonra gördüm beş min bəyəmə, 35 min baxış gəldi. Səhəri gün yuxudan oyananda mahnıya bir milyon baxış, yüz min bəyənmə gəldiyini görəndə çox təəccübləndim. Bu, adi rəqəm deyil. Daha sonra  məndən mahnının  30 saniyəlik deyil, 4 dəqiqəlik video  şəklində təqdim etməyimi istədilər. Biz də bu mahnını ifa etmişdik. Həmin mahnını paylaşdıq və marağa səbəb oldu. İstəməzdim ki, bizim bu xalq mahnımız "Tik-Tok"da parıldasın, istəyərdim efirlərimiz bizi dəvət edərdi. Biz də sevilən mahnılarımızı oradan xalqa çatdırardıq. Azərbaycanın gözəl səsli, gözəl ifalar səsləndirən gənc istedadları kifayət qədərdir. Gözəl səslər hələ də yatır. Hesab edirəm ki, bunlara dəyər verilsə, xalq mahılarımız daha da gözəl sevilər, nəinki bayağı mahnılar".

O deyib ki, bu mahnının trend olması, sevilməsi onu göstərdi ki, insanlar xalq mahnılarından ötrü darıxıb:

"Paylaşdığım videoda  hər kəs gözəl rəy yazmışdı. Mahnını sevdiklərini, bəyəndiklərini yazıb təşəkkürlərini bildirirdilər. Mahnı ilə bağlı bölgələrimizdən xoş söz yazdılar, eyni zamanda, Niderlanddan, Almaniyadan, Amerikadan, Rusiyada yaşayanlar yazıb təşəkkürlərini bildirdilər. Onu da qeyd edim ki, mahnı ilə bərabər, biz də çox sevildik. Çox adam adımı tanımasa da, məni görəndə deyir ki, "Alma almaya bənzər" mahnısını oxuyan xanım... 

Xalq mahnılarını xalqa çatdırmaq üçün ən ideal vasitə televiziyadır. Çox heyf ki, bu şəraiti bizə yaradan yoxdur. Bəzi efirlər dəvət edirlər, amma reytinqli efirlərə biz lazım deyilik. Ən əsası müəllimlərimə təşəkkür edirəm ki, bizə bu istiqamətə yönəltdilər. İnşallah, yenə bu firmada yeni bir ifa təqdim edəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri