Çayla üzüb Azərbaycana keçən İraq vətəndaşına hökm oxundu
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çayla üzüb Azərbaycana keçən İraq vətəndaşına hökm oxunub.
Metbuat.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 2004-cü ildə İraqın Ərbil şəhərində anadan olmuş Aqeel Hamadın (şərti) Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Aqeel Hamad Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsinin Astara rayonu, Züngüləş kəndində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə, İrandan Azərbaycana qanunsuz olaraq keçib və həmin gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
İraq vətəndaşı əvvəlcə işləmək üçün İrana gedib. Orada pul qazana bilmədiyindən Azərbaycana keçmək qərarına gəlib. Lakin quru sərhədlərinin bağlı olması, pasportunu itirməsi səbəbindən "Google Maps" tətbiqindən istifadə etməklə Astara çayını keçərək, Azərbaycana qeyri-qanuni yolla daxil olub.
Züngüləş kəndi ərazisində asfalt yola doğru hərəkət edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib və bir il azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















