Icma.az
close
up
RU
Cəbrayılın azadlığı dövlətimizin gücünü və xalqımızın milli həmrəyliyini təcəssüm etdirir

Cəbrayılın azadlığı dövlətimizin gücünü və xalqımızın milli həmrəyliyini təcəssüm etdirir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri Cəbrayıl rayonunu işğal etdi. 1 şəhər, 4 qəsəbə və 92 kənd tamamilə viran qoyuldu, uzun illər ərzində formalaşmış sosial mühit məhv edildi. 1050 kvadrat kilometrlik ərazisi, 52 min nəfərlik əhalisi, zəngin sərvətləri ilə seçilən bu diyarın talan edilməsi Azərbaycan tarixində ən ağrılı səhifələrdən birinə çevrildi. Təkcə maddi itkilərin məbləği 13,928 milyard ABŞ dolları ilə ölçülürdü.

İşğal illərində təhsil, səhiyyə və mədəniyyət sahələri tamamilə dağıdıldı. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə və 150 mədəniyyət ocağı yerlə-yeksan edildi. 362 nəfər Cəbrayıl sakini Birinci Qarabağ müharibəsində şəhid oldu, 191 nəfər ömürlük əlilliklə üzləşdi. Onların qəhrəmanlığı xalqın yaddaşında daim yaşayacaq.

Cəbrayıl təkcə iqtisadi potensialı ilə deyil, həm də zəngin mədəni irsi ilə tanınırdı. “Divlər Sarayı” mağarası, Sultan Məcid hamamı, Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr və digər abidələr işğal illərində dağıntıya məruz qaldı. Bu vandalizm aktları bəşəriyyətə qarşı törədilmiş cinayət idi.

İşğal Cəbrayıl əhalisinin həyatını alt-üst etdi, minlərlə insan doğma yurdunu tərk edərək ölkənin 58 rayonunda, çətin şəraitdə məskunlaşdı. Lakin bütün bu ağır sınaqlara baxmayaraq, cəbrayıllılar doğma torpaqlara qayıdış arzusunu itirmədilər. Onlar gələcək qələbəyə inamla yaşadılar, övladlarını da bu amal ruhunda böyütdülər. Hər bir köçkün ailəsi üçün qayıdış ümidi milli kimliyə olan sadiqliyin, mədəni və tarixi yaddaşın qorunmasının təzahürü idi.

1994-cü ildə Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi azad edildi. Lakin təhlükəsizlik şəraiti uzun müddət burada həyatın bərpasına imkan vermədi. 2016-cı ilin Aprel döyüşləri və Lələtəpənin azad olunması bu kəndə yeni nəfəs gətirdi. Cocuq Mərcanlıya həyatın qayıdışı Böyük Qayıdışın başlanğıcı oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun ilk uğurlu əməliyyatlarından biri məhz Cəbrayıl istiqamətində oldu. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və daha 9 kənd işğaldan azad edildi. Rayon ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kəndin işğaldan azad olunması siyasi və tarixi baxımdan mühüm nailiyyət idi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Azərbaycan Silahlı Qüvvələrinin 22 797 hərbi qulluqçusu Cəbrayıl uğrunda göstərdiyi şücaətə görə medal ilə təltif olundu. Bu faktorlar gələcək nəsillərə vətənpərvərlik örnəyidir, hər bir igid həm tarixi, həm də mənəvi yaddaşın bariz nümunəsidir.

Qələbənin tarixi anlarından biri Xudafərin körpülərində Azərbaycan Bayrağının ucaldılması oldu. Əsrlərin şahidi olan bu abidə üzərində dalğalanan üçrəngli bayraq xalqın həm tarixi irsinə, həm də müasir dövlətçiliyinə sadiqliyinin təntənəsi idi. Bu əlamətdar hadisə möhtəşəm Qələbənin təzahürü kimi tarixə yazıldı.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü elan edilib. Bu qərar xalqın iradəsinin, döyüş ruhunun və birlik əzminin əbədiləşdirilməsidir. Artıq Cəbrayıl genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı mühüm məkana çevrilib. Yeni yollar, elektrik stansiyaları, körpülər, məktəblər və yaşayış massivləri inşa olunur.

Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, Cəbrayıl rayonunda - İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində 200 hektarlıq ərazidə yaradılan Araz Vadisi İqtisadi Zonası bölgənin iqtisadi inkişafında mühüm rol oynayır. Burada logistika mərkəzləri, anbar kompleksləri, TIR parkları qurulur, onlarla şirkət fəaliyyətə başlayır. Hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Nəticədə, yeni iş yerlərinin açılması ilə yerli əhalinin rifahı yüksəlir.

2024-cü ilin sentyabrında Cəbrayıla ilk köç karvanı yola salınıb və yüzlərlə ailə doğma yurduna qayıdıb. Bu qayıdış bölgədə yenidənqurma prosesinə təkan verir və cəbrayıllıların doğma torpağa sarsılmaz bağlılığının göstəricisidir. 4 oktyabr – Cəbrayıl şəhəri günü xalq, iqtidar və ordu birliyinin qüdrətini nümayiş etdirir. Böyük Qayıdış konsepsiyası həm tarixi ədalətin bərpası, həm də milli qürurun təcəssümüdür. Bu yol hər bir azərbaycanlı üçün parlaq gələcəyə inamı və birgə səylərin gücünü ifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri