Icma.az
close
up
RU
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir

Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu cür ciddi ittihama şübhə varsa Dövlət Təhlükəsizlik Xidmətinin borcudur ki, məsələni hərtərəfli araşdırsın. Dövlətə qarşı ayaqlanma varsa, buna ciddi yanaşmaq lazımdır. Ümid edək ki, ortaya ciddi faktlar və dəlillər qoyulacaq. Demək istəyirəm ki, bu, adi məsələ, bir sıravi cəbhəçinin və ya siyasətçinin tutulması deyil”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevlə bağlı aparılan cinayət işi çərçivəsindəı AXCP sədri Əli Kərimlinin həbsindən danışarkən deyib.

ADP sədri xatırladıb ki, hələ Milli Şura yaranan zaman şəxsən onun özü dəfələrlə bu barədə danışıb: “2013-cü ildə Rüstəm İbrahimbəyovun sədrliyi altında yaranan Milli Şura Rusiyanın layihəsi idi. Rusiya bunu Azərbaycan hakimiyyətinə təsir etmək məqsədilə yaratmışdı. Eyni zamanda Demokratik Ziyalılar Forumu da bu qəbildən idi. Rüstəm İbrahimbəyov da həm Milli Şuranın sədri, həm də Demokratik Ziyalılar Birliyinin rəhbərliyində idi. Eyni zamanda, Rusiya Azərbaycanlıları Milyarderlər İttifaqında təmsil olunurdu. Bu da deməyə əsas verir ki, bu üç qurum Rüstəm İbrahimbəyov vasitəsilə əlaqələndirilmişdi. Bütün bunlar nəzərə alınmalı idi. Üstəlik, o dövrdə Milli Şuranın təsisçiləri, aktiv iştirakçıları vardı. Məncə, onlar, daha çox bu qurumla Rusiya arasında hansısa əlaqələrin olub-olmadığı barədə fikir bildirə bilərlər. Ancaq mənim hadisələrlə bağlı öz mülahizə və təhlillərim var. Məsələn, o dövrdə Rusiya prezidenti Putinin müşavirlərindən biri Milli Şuranı açıq şəkildə dəstəklədi. Mən o zaman dedim ki, bu, beynəlxalq qanunlara ziddir, bir ölkənin daxili işlərinə qarışmaqdır. Rusiyanın nə ixtiyarı var ki, Milli Şuranı müdafiəetsin?Yəni belə faktlar var və bunlar 15 il əvvəl olub. Mətbuatda da uzun illər bu məsələlər müzakirə edilib. Lakin ola bilməz ki, o vaxt belə bir cinayət baş verib, çevrilişə cəhd olub, ancaq məsələ indi araşdırılır. Məncə, biz aparılan istintaqın nəticələrini və gedişatı gözləməliyik”.

S. Cəlaloğlu qeyd edib ki, hələ Milli Şura yarananda şəxsən Müsavat başqanı İsa Qəmbərə zəng edərək onunla bir restoranda görüşüb və ona Milli Şuranın Rusiya layihəsi olduğunu deyib: “Dedim ki, bu, iqtidara təzyiq etmək üçün qurulan işdir. Doğurdan da 2013-cü il seçkilərinə bir müddət qalmış Putin Azərbaycana səfər elədi və 10 milyardlıq müqavilə bağladı. Bundan sonra İbrahimbəyov faktoru ortadan qalxdı, Milyarderlər İttifaqı susdu və Milli Şura sahibsiz qaldı. Mən İsa Qəmbərlə bağlı məsələni mətbuata dedikdən sonra hüquqşünas Aslan İsmayılov mənimlə əlaqə saxladı və dedi ki, sizdən bir həftə əvvəl İsa Qəmbərə zəng edərək Milli Şuranın Rusiyanın bir aləti olduğu, ondan istifadə edəcəklərini demişəm. Yəni Aslan İsmayılov məndən də əvvəl İsa Qəmbərə məlumat verib. Aslan İsmyılov o dövrdə həmdə Ziyalılar Birliyinin təsisçilərindən olub, İbrahimbəyov isə onun sədri idi. Yuxarıda dediyim kimi, İbrahimbəyov vasitəsilə bu qurumlar koordinasiya olunurdu və onun məhz Rusiya siyasətini həyata keçirməsinə dair şübhə yox idi”.

Nemət ORUCOV

Reyting.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri