Çelsi ulduz futbolçuları ilə sağollaşmalı olmayacaq
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Çelsi" ötən mövsümü rekord məbləğdə zərərlə başa vurmasına baxmayaraq, Koul Palmer də daxil olmaqla əsas ulduzlarını satmağı planlaşdırmır.
QOL.az xəbər verir ki, "Evening Standard" nəşrinin yaydığı məlumata görə, UEFA-nın bu həftə açıqladığı hesabatda "Çelsi"nin 2024/25 mövsümünə 342 milyon funt sterlinq zərərlə yekun vurduğu bəlli olub.
Bu göstərici İngiltərə futbol tarixində bir klubun bir mövsüm ərzində qeydə aldığı ən böyük maliyyə itkisi kimi tarixə düşüb.
Buna baxmayaraq, “zadəganlar” maliyyə feyr-pley qaydalarının pozulmasına görə ciddi cəza ilə üzləşəcəklərindən narahat deyillər. Çünki London təmsilçisi daha əvvəl maliyyə sabitliyinin bərpası istiqamətində UEFA ilə xüsusi razılaşma əldə edib.
Klub rəhbərliyi yaranmış kəsiri kompensasiya etmək üçün ulduz futbolçuların satışına ehtiyac qalmayacağına əmindir. Hazırda "Stmford Bric" təmsilçisi maaş büdcəsinin azaldılması və kommersiya fəaliyyətindən gələn gəlirlərin artırılması üzərində işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 Fevral 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















