Icma.az
close
up
RU
“Cəmiyyət kişiyə duyğularını ifadə etməyə icazə vermir, amma...”

“Cəmiyyət kişiyə duyğularını ifadə etməyə icazə vermir, amma...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayıb. Bildirilir ki, cütlük bir həftə əvvəl rəsmi qaydada boşanıb. 

Bəs boşanan ailələrdə kişilər niyə bıçağa əl atır?

Adalet.az-ın sualını cavablandıran psixoloq Zeynəb Əyyubova təəssüflər qeyd etdi ki, bu kimi xəbərlər getdikcə daha çox eşidilir:

“Belə faciələrin kökündə yalnız bir ailənin dağılması deyil, bütöv bir emosional, mədəni və sosial problem sistemi dayanır. Bizim cəmiyyətdə çox zaman kişi kimliyi, onun dəyəri və “kişilik” anlayışı ailə və qadın üzərində qurulur. Kişi özünü “ailənin başçısı” və “idarə edən” kimi görməyə öyrədilir. Boşanma baş verdikdə isə bu sistem dağılır — kişi özünü təkcə ailəsiz deyil, dəyərsiz və məğlub hiss edir. Əgər insan emosional cəhətdən yetkin deyilsə, bu hissi “özünü itirmək”, “hörmətinin tapdanması” kimi qavrayır və bu da aqressiyanın əsas qaynağına çevrilir. 

Psixoloqun sözlərinə görə, kişilərə uşaqlıqdan “kişilər ağlamaz”, “sakit ol, zəif olma” kimi mesajlar verilir: 

“Nəticədə onlar itki, ayrılıq, xəyal qırıqlığı kimi duyğularla sağlam şəkildə davranmağı öyrənmirlər. Boşanma zamanı yaranan qəzəb, təhqir, dəyərsizlik hissi içəridə yığılıb zorakı partlayışa çevrilə bilir. Əslində bu, emosional savadsızlığın nəticəsidir. Cəmiyyət kişiyə duyğularını ifadə etməyə icazə vermir, amma ondan idarəetmə və sakitlik gözləyir – bu isə ziddiyyət yaradır”.

Z.Əyyubovanın sözlərinə görə, son illərdə qadınların iqtisadi, sosial və şəxsi müstəqilliyi artdıqca bəzi kişilərdə “nəzarəti itirmə qorxusu” yaranır: 

“Qadının boşanma qərarı, onun azad iradəsi kimi deyil, “itaətsizlik” və ya “xəyanət” kimi qavranılır. Belə kişilər üçün boşanma, sadəcə ailə sonu deyil, hakimiyyətin itməsi kimi qəbul edilir. Bu isə bir çox hallarda “məni tərk edə bilməz”, “ya mənim olarsan, ya heç kimin” kimi xəstə düşüncələrlə müşahidə olunur. Cəmiyyətdə psixoloqa müraciət etmək hələ də zəif və ya “ruhi xəstə” damğası ilə əlaqələndirilir”. 

O bildirib ki, kişilər boşanma prosesində psixoloji dəstəyə müraciət etmir, halbuki bu, ən çox ehtiyac duyulan mərhələdir:

“Əgər emosional tənzimləmə, itki ilə baş etmə bacarıqları məktəbdən və ya ailədən öyrədilsəydi, bu cür faciələr minimuma enərdi. Bunun qarşısını almaq üçün Kişilərə emosional savadlılıq, empatiya, itki ilə baş etmə bacarıqları öyrədilməlidir. Əlaqə qarşılıqlı hörmət, sərhədlər və bərabərlik üzərində qurulmalıdır. Zorakılıq hadisələri sensasiyaya çevrilmədən, səbəbləri və həll yolları ilə işıqlandırılmalıdır. Boşanma prosesi zamanı həm qadın, həm kişi üçün dövlət səviyyəsində psixoloji dəstək proqramları yaradılmalıdır. Boşanma bir məğlubiyyət deyil, iki fərqli insanın bir yerdə getməsinin artıq mümkün olmadığını qəbul etməkdir. Bu, yetkinlik və özünüdərk tələb edir. Zorakılığa əl atan kişi, əslində öz duyğularını idarə edə bilməyən və psixoloji yardıma ehtiyacı olan insandır. Biz bu hadisələri yalnız hüquqi məsələ kimi deyil, psixoloji və sosial problem kimi dərk etməliyik. Cəmiyyət olaraq kişiləri dəyişmək üçün onları tənqid etməklə deyil, duyğusal tərbiyə və məsuliyyət hissini inkişaf etdirməklə başlaya bilərik”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri