Icma.az
close
up
RU
Cəmiyyətin ən çox ünvanladığı sual: “Bu büdcə əhalinin güzəranını necə yaxşılaşdıracaq?”

Cəmiyyətin ən çox ünvanladığı sual: “Bu büdcə əhalinin güzəranını necə yaxşılaşdıracaq?”

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“2026-cı ilin büdcəsi sosial rifahı və təhlükəsizlik təminatını gücləndirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində sosial rifah məsələsi prioritet istiqamətlərdən biridir.

Deputat qeyd edib ki, cəmiyyətin ən çox ünvanladığı sual da məhz bundan ibarətdir: “Bu büdcə əhalinin güzəranını necə yaxşılaşdıracaq?”

Nəsirov əlavə edib ki, xüsusilə regionda baş verən siyasi və iqtisadi proseslər fonunda bu suallar daha da aktuallaşır:

“Əgər büdcə vəsaitinin 41 faizi sosial sahəyə yönəldilibsə, bu, 2026-cı ildə sosial vəziyyətin yaxşılaşacağına ciddi əsas yaradır. Rəqəmlər göstərir ki, gələn il sosial təminat daha güclü olacaq”.

Parlament üzvü vurğulayıb ki, insanların maddi ehtiyaclarının ödənilməsi vacib olsa da, ən mühüm məsələ təhlükəsizlikdir:

“Təhlükənin mövcudluğunu hiss etmək özü ən böyük təhlükədir. Regionda vəziyyətin necə olduğunu nəzərə alsaq, təhlükəsizlik məsələləri daim diqqətdə saxlanmalıdır. Mövcud göstəricilər isə təhlükəsizlik təminatımızın daha da güclənəcəyini göstərir”.

Sonda Milli Məclisin üzvü bildirib ki, büdcənin mühüm strateji istiqamətlərindən biri Qarabağa ayrılan vəsaitlərdir. Onun sözlərinə görə, 2026-cı il dövlət büdcəsi həm sosial rifahın yüksəldilməsinə, həm də iqtisadi-siyasi sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri