Çempionlar Liqası: Arsenal və Milandan qələbə, Yuventus Mançester Sitini məğlub etdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının liqa mərhələsində VI tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Lill" doğma meydanda "Şturm Qraz"ı məğlub edib - 3:2. "Atletiko Madrid" isə "Slovan Bratislava"dan üstün olub - 3:1.
Gecənin digər maraqlı görüşlərində "Yuventus" "Mançester Siti"ni qəbul edib. "Şəhərlilər" meydan sahiblərinə yalnız ilk hissədə müqavimət göstərə biliblər. İkinci hissədə "qoca sinyora" iki dəqiq zərbə ilə ingilisləri məyus edərək matçın taleyini həll edib - 2:0.
"Borussiya Dortmund" "Barselona"nı qonaq edib. Gərgin keçən qarşılaşmanın sonunda sevinən tərəf katalon klubu olub - 2:3.
"Milan" öz meydanında "Srvena Zvezda"nı məğlub edib. Rossonyerilər üç xalı minimal üstünlükdə qazanıblar - 2:1.
"Arsenal" "Monako"ya şans verməyib. Ev sahibləri olan "topçular" fransızların qapısından 3 cavabsız qol keçiriblər - 3:0.
"Benfika" "Bolonya" matçında hesab açılmayıb - 0:0.
"Feyenoord" "Sparta Praqa"nı (4:2), "Ştutqart" isə "Yanq Boyz"u (5:1) darmadağın edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 Dekabr 2024 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















