Icma.az
close
up
RU
Çempionlar Liqasında ilk

Çempionlar Liqasında ilk

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İlqar TAĞIYEV

"Qarabağ" Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi və 8 il əvvəlki uğurunu təkrarladı. Komandamız "pley-off"un cavab oyununda Macarıstan təmsilçisi "Ferentsvaroş"a 2:3 hesabı ilə məğlub olsa da, ötən həftə səfərdə qazandığı 3:1 hesablı qalibiyyət mərhələni adlamağa bəs etdi. Futbolumuz adına əlamətdar hadisədir. Ən gözəli isə "Ferentsvaroş"la oyundan sonra Tofiq Bəhramov adına stadionda yaşananlar idi. Atmosfer sadəcə möhtəşəm idi. 40 ildən çoxdur futbolla maraqlanıram, klublarımızın, millimizin iştirak etdiyi yüzlərlə oyunu izləmişəm, amma belə gözəlliklə ilk dəfədir ki, rastlaşdım. Həmkarlarımdan birinin dediyi kimi, həmin gün baş verənlər Azərbaycan futbolu ilə tərs mütənasib idi. Sanki futbolu inkişaf etmiş hansısa Avropa ölkəsinin təmsilçisi azarkeşlərlə birgə qələbəni qeyd edirdi. 

Srağagün komandamızın Liqa mərhələsində rəqibləri müəyyənləşdi. Təqvim isə bu gün elan ediləcək. Bu haqda və komandamızın növbəti mərhələyə çıxmaq şansları barədə bir qədər sonra. İndi isə Çempionlar Liqası tarixində türk dünyası adına yaşanan əlamətdar bir hadisədən bəhs edim. 70 il əvvəl təşkil olunan, əvvəl adı Çempionlar Kuboku, 1992/93-cü illər mövsümündən isə UEFA Çempionlar Liqası adlandırılan turnirin əsas mərhələsində ilk dəfə 3 türk komandası mübarizə aparacaq. Söhbət Türkiyənin "Qalatasaray", Qazaxıstanın "Kayrat" və bizim "Qarabağ"dan gedir. Türk dünyası adına böyük hadisədir.

2015/16-cı illərdə Qazaxıstan təmsilçisi "Astana" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. O vaxt "Atletiko" (Madrid), "Benfika" (Portuqaliya) və "Qalatasaray"la eyni qrupda mübarizə aparan "Astana" qrupda sonuncu yeri tutsa da, 4 oyunda heç-heçə etməklə diqqəti bir daha üzərinə çəkə bilmişdi. 2 il sonra qrup mərhələsinə digər türk klubu - "Qarabağ" vəsiqə qazandı. Komandamızın da qrupda 2 xalla axırıncı olduğunu yəqin ki, xatırlayırsınız. Həmin il qrup mərhələsində digər türk təmsilçisi "Beşiktaş" idi. Bundan başqa, fərqli 5 mövsümdə Çümpionlar Liqasının qrup mərələsində 2 Türkiyə klubu iştirak edib. Yəni türk komandalarının maksimum sayı 2 olub. Yeri gəlmişkən, 1992/93, 1995/96, 2022/23-cü illər və ötən mövsüm əsas mərhələ ümumiyyətlə türklərsiz qalıb. Bu il isə, bayaq qeyd etdiyim kimi, Liqa mərhələsində 3 türk klubu mübarizə aparacaq. Əslində, bu rəqəm 4 ola bilərdi. Əgər "Fənərbaxça" "pley-off"da "Benfika" (0:0, 0:1) səddini keçə bilsəydi.

Digər maraqlı fakt: MDB-dən Çempionlar Liqasında ilk dəfə ancaq türk komandaları iştirak edəcək - SSRİ dönəmində sıradan komanda olan "Kayrat" və Yüksək dəstədə heç vaxt oynamayan "Qarabağ". Deyəsən, Çempionlar Liqasında da türkləşmə gedir...

Püşkatmaya qayıdaq. Komandamızın 8 rəqibi bəllidir. Danimarkanın "Kopehhagen"i xaric hamısı da adlı-sanlı komandalardı - 2 İngiltərə nəhəngi "Çelsi" və "Liverpul", "Benfika" (Portuqaliya), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland), "Napoli" (İtaliya) və "Atletik" (İspaniya). Komandamız "Liverpul", "Benfika", "Atletik" və "Napoli" ilə səfərdə oynayacaq. Düzünü desək, bu rəqiblərdən səfərdə 1 xal almaq belə böyük uğur hesab olunmalıdır. Bakıdakı qarşılaşmalarda isə... "Çelsi" və "Ayaks"la oyun olduqca çətin keçəcək. "Ayntraxt" və "Kopenhagen"lə matçlarda isə qələbə qazanmaq mümkündür.

Özümüzü aldatmayaq və reallıqla danışaq, Liqa mərhələsində ilk səkkizliyə düşərək 1/8 finala yüksəlmək demək olar ki, mümkün deyil. Ötən il 6-8-ci pillələri tutan "Bayer" (Almaniya), "Lill" (Fransa) və "Aston Villa"nın (İngiltərə) 16 xalı var idi. Bu isə 5 qələbə və 1 heç-heçə deməkdir. "Qarabağ" bunu bacararmı? Sualı cavabsız qoymaq məcburiyyətindəyəm. "Pley-off"a düşmək üçün isə aşağısı 24-cü yeri tutmaq lazımdır ki, ümidimiz də bunadır. Ötən mövsüm Liqa mərhələsində 24-cü pilləni tutan Belçika "Brügge"si 11 xal toplamışdı. Başqa sözlə, 3 qələbə və 2 heç-heçə mümkündür. Amma bunun üçün yaxşı mübarizə, bir az bəxt və azarkeşlərin gözlədiyi transferlər lazımdır. Bir də, əgər nə qədər bəxtin gətirsə də, transfer etsən də, "Ferentsvaroş"la Bakıdakı oyunun 2-ci hissəsində sərgilənən oyunla uzağa getmək mümkün deyil. Hər halda, buna görə komandamızı məzəmmət etməyək. Tarixdə nəticə qalır ki, "Qarabağ" bunu etdi. O ki qaldı, Liqa mərhələsindəki oyunlara, "cücəni" yanvarın sonunda sayarıq.

Qeyd: Yazı “525-ci qəzet”in şənbə sayında dərc olunduqdan sonra “Qarabağ”ın Liqa mərhələsindəki oyunlarının təqvimi açıqlanıb:
1-ci tur, 16 senyabr

“Benfika” (Portuqaliya) - “Qarabağ”

2-ci tur, 1 oktyabr

"Qarabağ” - "Kopenhagen" (Danimarka)

3-cü tur, 22 oktyabr

"Atletik” (İspaniya) - "Qarabağ"

4-cü tur, 5 noyabr

"Qarabağ" - “Çelsi” (İngiltərə)

5-ci tur, 25 noyabr

 “Napoli” (İtaliya) - "Qarabağ"

6-cı tur, 10 dekabr

"Qarabağ" - "Ayaks" (Niderland)

7-ci tur, 21 yanvar

"Qarabağ" - "Ayntraxt" (Almaniya)

8-ci tur, 28 yanvar

"Liverpul" (İngiltərə) - “Qarabağ”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see560

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see331

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see315

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see300

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see266

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see246

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see212

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see203

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see194

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see193

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see190

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see189

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see187

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see179

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see178

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see177

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see172

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see169

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see155

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri