Çində tələbələr mühazirələrdə telefona baxa bilməyəcəklər İzlənəcəklər
Icma.az bildirir, Bizim media portalına istinadən.
Nankin Universiteti 113 auditoriyada videomüşahidə sisteminin quraşdırılması üçün 31,52 milyon yuan (təxminən 4,7 milyon dollar) xərcləyib. Kameralar tələbələrin dərsə davamiyyətini, gecikmələrini və başlarının vəziyyətini izləyərək mühazirələri nə dərəcədə diqqətlə dinlədiklərini qiymətləndirməlidir. Müəllimlər toplanan məlumatların tələbələrin qiymətlərinə təsir göstərə, hətta onların imtahanlara buraxılmamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Bizim.Media xəbər verir ki, sistem tələbələr arasında izlənmə və biometrik məlumatların toplanması ilə bağlı narahatlıqlar səbəbindən narazılıq yaradıb. Tənqid dalğasından sonra universitet başın vəziyyətinin izlənilməsindən imtina edib və icazə olmadan üzlərin tanınmayacağına söz verib.
Ekspertlər qeyd edirlər ki, tələbənin başını aşağı salması mütləq onun diqqətsiz olduğunu göstərmir. Belə ki, tələbə qeydlər apara və ya dərs materiallarını oxuya bilər.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Noyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















