Icma.az
close
up
RU
Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram Azərbaycanlı FİFA referisi

Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram Azərbaycanlı FİFA referisi

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycanın FİFA refersisi Elçin Məsiyev son vaxtlar UEFA-dan müntəzəm təyinat alır. Onun başçılıq etdiyi hakimlər briqadası iyun ayında 21 yaşadək futbolçulardan ibarət  komandalar arasında Avropa çempionatının qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. Məsiyev, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub. Bu və ya digər məsələlərlə bağlı onunla həmsöhbət olduq.

- Son vaxtlar davamlı olaraq UEFA-dan təyinatlar alırsınız. 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatını da buna misal göstərmək olaraq. Turnirin yarımfinalında İngiltərə - Niderland yarımfinalının ehtiyat hakimi oldunuz...

- Avropa çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu da təsadüfi deyil. Bilirsiniz ki, A milli çərçivəsində Avropa çempionatından sonra 21 yaşlıların Avropa çempionatı qitənin ən böyük turniri sayılır. Qrup oyunlarından final görüşlərinə kimi -  hər bir matça güclü azarkeş marağı var idi. Mən də sevinirəm ki, bu çempionata təyinat aldım. Bu, bizə olan inamın göstəricisidir. Yarımfinalın İngiltərə - Niderland oyununa qədər orada olmaq, təyinatlar almaq bizə olan güvənin sübutudur. 

- Xüsusilə təyinat almaq istədiyiniz oyun, çempionat varmı? 

- Əlbəttə ki, təyinat almaq istədiyim oyunlar var. İlk növbədə məqsədimiz odur ki, Çempionlar Liqasının oyunlarını idarə edək. Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram. Bilirsiniz ki, 21 yaşlıların Avropa çempionatından sonra növbəti mərhələ A millilərin Avropa çempionatıdır. Çalışırıq ki, bu turnirə də təyinat alaq. 

- İndiyədək idarə etdiyiniz oyunlardan hansı sizin üçün ən maraqlı matç olub? 

- Maraqlı matçlarımız çox olub. Amma indi yalnız bir oyun yadıma gəlir. 17 yaşlıların turnirində 1 oyunda 11 penalti təyin etmişdim. Ən maraqlı matç kimi bu oyunu xatırlayıram. Premyer Liqamızda isə 1 matç yadıma gəlir. Səhv etmirəmsə, 2020/21 mövsümü idi. Sonuncu turun "Neftçi - "Qarabağ" görüşü "Qızıl oyun" da adlandırılırdı. Çox maraqlı keçmişdi. Çünki hər iki komanda üçün vacib oyun idi. Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq həmin matçda azarkeşlər iştirak edə bilməmişdilər. Əgər həmin vaxt azarkeşlərə icazə verilsəydi, məncə, oyun daha da maraqlı olacaqdı. 

- Bəs hansı görüşlərdə çətinlik, təzyiq hiss etmisiniz? 

- Oyunlarda çətinlik hiss etmirik. Düzdür, işimizin çətin olduğunu bilirik. Ona görə də məsuliyyət hiss edirik. Hər bir oyuna məsuliyyətli yanaşırıq. Azarkeşi çox olan matçlarda təzyiq də çox olur. Bu, bizim işimizin bir parçasıdır. Hər bir hakim o təzyiqlə işləməyi bacarmalıdır. Oyunlarda qərarları biz qəbul ediriksə, o təzyiqləri də göməliyk. Normal haldır. 

- Ümumiyyələ, Azərbaycanlı hakimlərə qarşı münasibət necədir?

- Hakimlərə qarşı münasibət yaxşıdır. Son illərdə münasibət dəyişib, yaxşılaşıb. Düzdür, biz futbolda digər ölkələrdən geridə qalırıq. Bu da bizim işimizə çətinlik yaradır. Məsələn, futbolçularımız əlavə güc sərf etməlidirlər ki, onların səviyyəsinə çatsınlar. Biz hakimlər üçün də belədir. Biz də ikiqat güc sərf edirik. Kiçik futbol ölkəsindən gəldiyimiz üçün çox çalışmalıyıq, özümüzü göstərməliyik ki, inam qazanaq. 

- Misli Premyer Liqasının oyunlarını da idarə edirsiniz. Ölkə xaricindəki oyunlarla yerli matçlar arasında nə kimi fərqlər var? 

- Bəzən Misli Premyer Liqasında da keyfiyyətli, sürətli oyunların şahidi oluruq. Amma ümumilikdə xarici çempionlardan geri qalırıq. Həm sürət, həm keyfiyyət, həm topun aktiv vaxtı baxımından xaricdəki matçlar bizim oyunlardan üstündür. Bir də onu qeyd edib ki, biz azarkeş sayında da onlardan geri qalırıq. 

- Azərbaycan futbol hakimliyində hansı boşluqları görürsünüz?

- Azərbaycanda futbol hakimliyi doğrudan da inkişaf edir. Bəlkə də bu, kənardan belə görünmür. Amma biz daxilən bilirik ki, düzgün yoldayıq, inkişaf edirik. Buna nümunə də göstərə bilərəm. Bilirsiniz ki, bir müddət əvvəl UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gəlmişdi. Onun səfəri təsadüfi hal deyil, bizə olan inamı, hakimliyimizə olan marağı göstərir. Əliyar Ağayevin mütəmadi olaraq Çempionlar Liqasına təyinat almağı, mənim U-21 Avropa çempionatına təyinatım da inkişafımızın sübutudur. Əlavə olaraq qeyd edə bilərəm ki, bir ölkədən 2 hakimin 1-ci kateqoriya alması da inkişafın siqnalıdır. Çünki qeyd elədiyim məqamlara, bizimlə qonşu olan ölkələrə nəzər salsanız, görərsiniz ki, doğrudan da onlar bizdən xeyli geridədirlər. Belə hallara baxaraq deyə bilərəm ki, düzgün yoldayıq. Amma çox çalışmalıyıq. Başa düşürük ki, işimiz asan deyil. Var gücümüzlə çalışırq. İnkişafımıza əsas töhvə verən məqamlardan biri də futbolumuzun üçün hazırlanan yeni strategiya planıdır. Futbolumuz dirçəlsə, bu, hakimlərə də təsir edəcək.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri