Icma.az
close
up
RU

Cənubi Koreya prezidenti vəzifəsindən kənarlaşdırılan Yoon ikinci dəfə ifadə verməyə çağırılıb

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol dekabrın 3-də qısamüddətli hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində növbəti dəfə ifadə verməyə çağırılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yonhap-ın xəbərinə görə, hərbi vəziyyət işi ilə məşğul olan xüsusi prokurorluq qrupu Yoona yenidən bildiriş göndərdiklərini açıqlayıb.

Prokurorluq bundan əvvəl ifadə verməkdən imtina edən Yoonun ikinci dəfə dindirilməyə çağırıldığını bildirib.

Bu arada Cənubi Koreya Konstitusiya Məhkəməsi Yoonun impiçmenti ilə bağlı ilk ilkin dinləmənin dekabrın 27-də keçiriləcəyini açıqlayıb.

Bundan əlavə, Təhlükəsizlik Baş İdarəsi, Müdafiə Nazirliyi və Korrupsiyaya Qarşı İstintaq İdarəsinin (CIO) yüksək vəzifəli məmurlara qarşı birgə istintaqını aparan məmurlar Çərşənbə günündən əvvəl Yoonun ifadəsini tələb edəcəklərini açıqladılar.

Prokurorluq bu dəfə Yoonun ifadə tələbini rədd edərsə, onun həbsi üçün məhkəməyə müraciət edə bilərlər.

Yoon dünən ifadə vermək üçün Seul Rayon Prokurorluğuna çağırılıb, lakin hələ vəkil tutmadığını əsas gətirərək ifadə verməyə gəlmədiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreyada prezidentin vəzifədən kənarlaşdırılması üçün Milli Assambleyaya təqdim edilən impiçment təklifi parlamentin üçdə ikisi tərəfindən təsdiqlənməlidir. Digər siyasətçilərin vəzifədən uzaqlaşdırılması üçün sadə səs çoxluğu kifayətdir.

İmpiçment səsverməsindən sonra qərar Konstitusiya Məhkəməsinə verilir. İmpiçment prosesi ilə bağlı sübutları dinləmək və qiymətləndirmək üçün dinləmə keçirən məhkəmənin impiçmenti təsdiqləmək və ya rədd etmək üçün 6 ay vaxtı var. Məhkəmədəki 9 hakimdən 6-sı qərarı təsdiqləsə, rəhbər vəzifəsindən azad edilir.

Konstitusiya Məhkəməsi onun impiçmenti barədə qərar qəbul edərsə, Yun 2017-ci ildə impiçment elan edilmiş keçmiş prezident Pak Kın Hedən sonra bu şəkildə vəzifəsindən azad edilən ikinci dövlət başçısı olacaq.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri