Icma.az
close
up
RU
Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır

Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreyada həkim-interna və tibb üzrə təhsil alan tələbələrin hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq ötən ilin fevralında başlatdığı boykot aksiyası başa çatır.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası parlamentin təhsil və rifah komitəsinin iyulun 12-də keçirilən iclasında həkim-internaların boykot aksiyasını dayandıraraq dərsə qatılacaqlarını açıqlayıb. “Biz Milli Assambleyaya və hökumətə güvənərək dərslərə qayıdacaq, tibb təhsilinin və səhiyyə sisteminin normallaşmasına çalışacağıq”, - deyə assosiasiyanın bəyanatında deyilir. Qurumun açıqlamasında tələbələrin dərsə qatılacağı gün barədə məlumat yoxdur.

Boykot aksiyasının iştirakçıları hökuməti akademik cədvəlləri bərpa etmək üçün tədbirlər görməyə və uzunmüddətli perspektivdə tibb təhsili mühitini yaxşılaşdırmaq üçün məsləhətçi orqan formalaşdırmağa çağırdılar.

Qeyd edək ki, ötən il fevralın 20-də Cənubi Koreyada həkim-interna, rezident həkim və tibb tələbələri hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq boykot aksiyasına başlayıb. Tətil edən həkim-internalar akademik məzuniyyət və ya işdən çıxmaq üçün ərizə yazıblar. Etirazçılar ölkə üzrə ümumi həkim-internaların 93 faizini təşkil edib. Cənubi Koreya hökuməti əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırmışıdı. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.

İyunda keçirilmiş prezident seçkisindən sonra formalaşmış yeni hökumət kvotanı artırmaq planını dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri