Cənubi Koreyanın Ədliyyə Nazirliyi prezidentin ölkədən çıxışını qadağan edib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 9 dekabr, AZƏRTAC
Koreya Respublikasının Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub.
AZƏRTAC “Tona İlbo” qəzetinə istinadla xəbər verir ki, prezidentə qarşı təhqiqat çərçivəsində qəbul edilən bu qərar dekabrın 9-u yerli vaxtla saat 15:30-dan etibarən qüvvəyə minir.
Xatırladaq ki, Koreya Respublikasının Prezidenti Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və Prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Dekabrın 4-də müxalifət hərbi vəziyyətə əsas olmadığı üçün Prezidentin konstitusiyanı pozduğunu iddia edərək parlamentdə impiçment prosesinə başlayıb. Dekabrın 7-də Koreya Respublikasının parlamentində bu məsələ ilə bağlı səsvermə keçirilsə də, hakim partiyanın boykotu səbəbindən impiçment elan olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















