Icma.az
close
up
RU
Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb FOTOLAR

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb.

"Unikal" xəbər verir ki, “GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir, həmçinin oyun sənayesinə daxil olmaq və bazarın liderləri ilə birbaşa əlaqə qurmaq istəyən gənc mütəxəssislər, tələbələr və həvəskarlar üçün də əhəmiyyətli imkanlar yaradıb. Belə ki, ayrılmış xüsusi zonada iştirakçılara mentorluq və karyera məsləhətləri, tanınmış mütəxəssislər tərəfindən keçirilən master-klaslar, tanışlıq və əlaqə imkanları təqdim olunub.

“Aztelekom”un “GAMESUMMIT” tədbirinə verdiyi dəstək şirkətin innovasiya və yaradıcılığa verdiyi önəmi, eləcə də “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun şəkildə ölkəmizdə sürətlə inkişaf edən rəqəmsal ekosistemə töhfə vermək niyyətini əks etdirir. “Aztelekom” oyun həvəskarlarını, tərtibatçıları və rəqəmsal istedadları bir araya gətirən bu kimi platformaları təşviq etməklə yeni nəsil texnologiya mütəxəssislərini həvəsləndirmək və yüksəksürətli bağlantının açdığı imkanları geniş auditoriyaya nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC son bir ildə 3 müxtəlif nüfuzlu beynəlxalq mükafata (“Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award”, “Gigacity Champion”) layiq görülüb. Hər üç mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri