Çerçesov işini itirdi
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Stanislav Çerçesov artıq Qazaxıstan yığmasını çalışdırmır. Yerli futbol qurumu onunla müqaviləni qüvvədən salmaq qərarına gəlib.
Rusiyalı mütəxəssisin köməkçiləri də işdən azad olunub. Çerçesov milli komandaya 2024-cü ilin yayında təyinat almışdı. Qazaxıstan yığması onun rəhbərliyi altında Millətlər Liqasının 2024/25 mövsümündə keçirdiyi 6 matçda 5 dəfə uduzmuş, 1 oyunu isə heç-heçə başa vurmuşdu. Maraq üçün komandanın bu oyunlarda qol vura bilmədiyini və qapısından 15 top buraxdığını da xatırladaq.
Qazaxıstan Futbol Federasiyasının məlumatında Çerçesovla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğu bildirilib.
Maraqlıdı ki, rusiyalı məşqçi bunun doğru informasiya olmadığını, əməkdaşlığın məhz qarşı tərəfin qərarı ilə dayandırıldığını deyib.
Baxış sayı:78
Bu xəbər 01 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















