Icma.az
close
up
RU
Çexiya Aİ də ən aşağı işsizlik səviyyəsinə malik ölkələr sırasındadır

Çexiya Aİ də ən aşağı işsizlik səviyyəsinə malik ölkələr sırasındadır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Praqa, 9 iyul, AZƏRTAC

Cari ilin iyun ayında Çexiya Respublikasında işsizlik səviyyəsi 4,2 faiz təşkil edib ki, bu da may ayında qeydə alınmış göstərici ilə üst-üstə düşüb.

AZƏRTAC Çexiyanın Məşğulluq Departamentinə istinadla xəbər verir ki, ötən ayın sonunda ölkədə 315 465 nəfər işsiz qeydə alınıb ki, bu da may ayı ilə müqayisədə 595 nəfər azdır. Vakansiyaların sayı isə 2 264 artaraq təxminən 98 700 olub. İllik müqayisədə işsizlərin payı 0,6 faiz bəndi artıb. İyun ayında işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 42 800 nəfər çox olub.

“Çexiya Respublikası Avropa İttifaqında ən aşağı işsizlik səviyyəsinə malik ölkələrdən biridir. Statistika göstərir ki, mövsümi işçilərin cəlb olunmasına baxmayaraq, işsizlik kifayət qədər aşağı səviyyədə qalır, eyni zamanda şirkətlərin təklif etdiyi vakansiyaların sayı artır. Artıq bir neçə aydır ki, həm ölkə üzrə ümumilikdə, həm də ayrı-ayrı regionlarda əmək bazarında müşahidə etdiyimiz vəziyyət sabit olaraq qalır”, – deyə Məşğulluq Departamentinin baş direktoru Daniel Kriştof jurnalistlərə bildirib.

Ötən ay ən aşağı işsizlik səviyyəsi ənənəvi olaraq Praqada qeydə alınıb (3,2%). Ən yüksək işsizlik isə yenə də Ustetski diyarında müşahidə olunub (6,5%). “Avrostat”ın məlumatına görə, may ayında Avropa İttifaqında ən aşağı işsizlik Malta və Çexiyada, ən yüksək isə İspaniya və Finlandiyada qeydə alınıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see198

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see150

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri