Ceyhun Bayramov: Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindiricidir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Antalya Diplomatiya Forumuna hər il marağın daha da artmasının şahidi olmaq sevindirici haldır".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
Nazir deyib ki, o, hər il bu foruma qatılıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu il dördüncü dəfə Antalya Diplomatiya Forumunda iştirak edib. Heyətimiz bu forumda hər il iştirak edir, şəxsən mən bütün forumlara qatılmışam".
ADF-də ildən-ilə iştirakçı sayının, aparılan müzakirələrin keyfiyyətinin artdığını bildirən nazir deyib ki, sözün əsl mənasında bu, forumu dünyada ən önəmli platformalardan birinə çevirir: "Təbii ki, bu da bizi sevindirir. Hesab edirəm, Türkiyə heyətindən sonra Azərbaycan ən çox nümayəndəsi ilə burada iştirak etdi. Burada dövlət nümayəndələri ilə yanaşı, bizim deputatlarımız, düşüncə mərkəzlərimiz, ekspertlərimiz və Azərbaycan mediası çox geniş təmsil olundu. Nümayəndələrimiz burada aparılan müxtəlif panel müzakirələrində də fəal iştirak etdilər".
Türkiyənin XİN başçısı Hakan Fidanla ikitərəfli görüşü barədə danışan Ceyhun Bayramov deyib: "Görüşümüz çox önəmli və əhatəli oldu. Bu görüşlə növbəti dəfə Azərbaycan-Türkiyə arasındakı müxtəlif sahələri əhatə edən, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki münasibətləri ətraflı şəkildə müzakirə etmək imkanımız oldu. Bu fikir mübadilələri bir sıra digər önəmli görüşlərdə də edildi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Aprel 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















