Ceyhun Bayramov: Ermənistan maneəsiz keçidlə bağlı öhdəlik götürüb və bu, yerinə yetirilməlidir
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanla Ermənistan arasında 2020-ci ildə razılaşdırıldığı kimi, Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidin olması əsas müzakirə mövzularındandır. Əfsuslar olsun ki, bu istiqamətdə hələ də əməli nəticə əldə edilməyib"
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycan ərazisində bu proses uğurla irəliləyir:
"Amma Ermənistan tərəfindən bu razılaşmanın baş verməsi mümkün olmayıb. Ermənistan 2020-ci ildə maneəsiz keçidlə bağlı öhdəlik götürüb və bu, yerinə yetirilməlidir. Azərbaycandan Azərbaycana həm əhali, həm də yüklərin keçidi maneəsiz təmin olunmalıdır. Həm hüquqi, həm də siyasi gedişatın dəyişməsindən asılı olmayaraq, Ermənistan hüquqi öhdəlik götürməlidir ki, sonra bu prosesdən yayına bilməsin".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















