Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurma və sülh gündəliyini müzakirə edib YENİLƏNİB
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
***
20:43
Xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində isveçrəli həmkarı Aleksander Fazel ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Ceyhun Bayramov həmkarına COP29-un yekunları, eləcə də Azərbaycan Sədrliyinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində gələcək səyləri barədə məlumat verib.
Görüş zamanı münaqişədən sonra regional yenidənqurma və sülh gündəliyi də müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 Dekabr 2024 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















