Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurma və sülh gündəliyini müzakirə edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində isveçrəli həmkarı Aleksander Fazel ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Ceyhun Bayramov həmkarına COP29-un yekunları, eləcə də Azərbaycan Sədrliyinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində gələcək səyləri barədə məlumat verib.
Görüş zamanı münaqişədən sonra regional yenidənqurma və sülh gündəliyi də müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Dekabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















