Icma.az
close
up
RU
ChatGPT nin sonu: Chatbotlar Niyə Uğursuz Oldu?

ChatGPT nin sonu: Chatbotlar Niyə Uğursuz Oldu?

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Süni intellekt sahəsində çalışan aparıcı alimlər hesab edirlər ki, klassik çat-botların inkişafı artıq müəyyən həddə çatıb. Onların fikrincə, gələcək inkişaf yalnız mətn üzərində öyrənən modellərlə deyil, real dünyanı dərk edə bilən yeni nəsil süni intellekt sistemləri ilə mümkün olacaq.

Lent.az xəbər verir ki, alim Fei-Fei Linin sözlərinə görə, müasir böyük dil modelləri əsasən kitablar və digər mətnlərdəki statistik əlaqələri öyrənir.

Alimin sözlərinə görə, növbəti mərhələdə süni intellekt ətraf mühiti "oxumağı", yəni real dünyanı müşahidə edib başa düşməyi öyrənməlidir.

Çat-botlar fiziki dünyanı anlamırlar

Martial Hebert izah edir ki, bugünkü çat-botların ən böyük məhdudiyyəti onların fiziki mühiti dərk edə bilməməsidir.

Onlar məkanın həndəsəsini, hərəkətin dinamikasını və müxtəlif səthlərin xüsusiyyətlərini anlamadıqları üçün real həyatda sadə görünən tapşırıqları belə yerinə yetirə bilmirlər.

Alimin sözlərinə görə, hazırda heç bir çat-bot müstəqil şəkildə masanın üzərindəki qəhvə fincanını götürə bilmir. Çünki bunun üçün məkanın quruluşunu, əlin hərəkət trayektoriyasını və obyektlə fiziki təması düzgün qiymətləndirmək lazımdır. Bu isə növbəti sözü və ya pikseli proqnozlaşdırmaqdan qat-qat mürəkkəb prosesdir.

Məqsəd – süni intellektə reallığı anlamağı öyrətməkdir

Mütəxəssislər bildirirlər ki, növbəti mərhələdə əsas diqqət "dünya modelləri"nin (World Models) yaradılmasına yönələcək. Bu modellər süni intellektə ətraf mühiti anlamağa, öz hərəkətlərinin nəticəsini əvvəlcədən proqnozlaşdırmağa və dəyişən şəraitə uyğun davranmağa imkan verəcək.

Kompüter alimi Luis Castricato hesab edir ki, böyük dil modelləri üzərində fundamental araşdırmalar mərhələsi artıq geridə qalıb və sənaye daha interaktiv sistemlərin hazırlanmasına keçir.

Onun fikrincə, "dünya modelləri" insanın sinir sistemi və onurğa beyninə bənzər şəkildə işləyərək süni intellektin ətraf mühitdə baş verən dəyişikliklərə dərhal uyğunlaşmasına şərait yaradacaq.

Castricatonun rəhbərlik etdiyi şirkət artıq bu texnologiyadan istifadə edərək virtual personajların ətraf mühitlə qarşılıqlı əlaqəsinə uyğun olaraq dəyişən üçölçülü oyun məkanları hazırlayır.

Bu istiqamətdə mühüm addımlardan biri də NVIDIA tərəfindən təqdim edilən Cosmos 3 modelidir.

Şirkətin açıqlamasına görə, yeni açıq əsas model təkcə mətn, şəkil, video və səs məlumatlarını deyil, həm də fiziki hərəkətləri emal edə bilir. Sistem hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq və obyektlərin real dünyadakı davranışını modelləşdirmək imkanına malikdir.

Bu modeldən gələcəkdə robotların öyrədilməsi üçün istifadə olunacağı gözlənilir. Jensen Huang bildirib ki, multimodal süni intellekt sahəsində əldə olunan bu irəliləyişlər "fiziki süni intellekt" adlandırılan yeni dövrün başlanmasını sürətləndirir. Bu mərhələdə süni intellekt yalnız məlumat emal etməklə kifayətlənməyəcək, həm də real dünyanı qavrayaraq onunla qarşılıqlı əlaqə qura biləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri