Icma.az
close
up
RU
ChatGPT psixozu : Alimlər çat botlarla bağlı yeni fenomen barədə xəbərdarlıq edir

ChatGPT psixozu : Alimlər çat botlarla bağlı yeni fenomen barədə xəbərdarlıq edir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alimlər xəbərdarlıq edirlər ki, ChatGPT, "Gemini” və "Grok” kimi süni intellekt (Al) əsaslı çat-botlarla tez-tez ünsiyyətdə olmaq bəzi insanlarda psixi pozuntular yarada bilər.

Qaynarinfo xəbər verir ku, "The Independent”in yazdığına görə, Kinqs Kolleci London, Darhem Universiteti və Nyu-York Şəhər Universiteti kimi qurumların mütəxəssisləri süni intellektlə aparılan söhbətlərin sayıqlama düşüncələrini və illuziyaları gücləndirdiyi yüzlərlə hadisəni təhlil ediblər.

Məsələn, bir kişi çat-botla uzun müddət dialoqlardan sonra Vindzor qalasının divarlarına dırmaşıb və polisə kraliçanı öldürmək üçün gəldiyini deyib. O, bir neçə həftə ərzində süni intellektlə danışdığını və Al-ın ona plan qurmaqda kömək etdiyini bildirib. Digər nümunədə isə bir kişi gün ərzində 16 saata yaxın ChatGPT ilə yazışırmış və guya çat-bot ona dərmanlarını dayandırmağı və narkotiklərdən istifadə etməyi məsləhət görürmüş.

Tədqiqat müəllifləri vurğulayırlar ki, söhbət tibbi diaqnozdan getmir: "Al-psixoz” və ya "ChatGPT-psixozu” terminləri rəsmi olaraq tanınmır. Lakin belə halların sürətlə artması süni intellektin emosional və psixoloji dəstək vasitəsi kimi təhlükəsizliyini ciddi sual altına alır.

Çat-botların xüsusiyyəti — istifadəçi ilə razılaşmağa və onun qorxu və narahatlıqlarını "daha da bəsləməyə” meyilli olmalarıdır. Məhz bu ünsiyyət modeli adekvatlıq yoxlamasını zəiflədir və xüsusilə də həyəcan, depressiya və ya reallıqla əlaqəni itirməyə meyilli insanlarda idrak təhriflərini gücləndirə bilər.

Hazırda ekspertlər arasında belə sistemlərin təhlükəsizliyini necə artırmaq barədə aktiv müzakirə gedir. Məsələn, ünsiyyət müddətinin məhdudlaşdırılması və narahatlıq əlamətləri göstərən istifadəçilərin mütəxəssislərə yönləndirilməsi təklif olunur.

Bu mərhələdə isə əsas tövsiyə dəyişməzdir: süni intellektdən gələn məsləhətləri tənqidi dəyərləndirmək və onu heç vaxt sağlamlıq və həyati qərarlar üçün əsas mənbə kimi istifadə etməmək.

Son araşdırmalar göstərir ki, çat-botlar anoreksiya və bulimiya ilə mübarizə aparan insanlar üçün xüsusilə təhlükəlidir: süni intellekt düzgün olmayan qidalanma barədə məsləhətlər verir və hətta sağlamlıq problemlərini necə gizlətməyi öyrədir.

"OpenAI” isə ChatGPT-yə şəxsi həkim və ya hüquqşünas kimi cavab verməyi qadağan edib. Çat-bot artıq tibbi görüntüləri və bədən fotolarını da analiz etmir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri