Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Ciddi su problemləri yaşanmaqdadır”

“Ciddi su problemləri yaşanmaqdadır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“İran və Türkiyə həqiqətən də ciddi su qıtlığı yaşayır. Bu problem təbii su anbarlarının qurumasına və su təchizatının kritik vəziyyətə düşməsinə səbəb olur. İranda su anbarlarının 80%-nin demək olar ki, boş olması paytaxtın köçürülməsi, hətta Türkiyənin Van gölündən İranın Urmiya gölünə suyun çəkilməsi imkanlarının müzakirəsi kimi qeyri-ənənəvi tədbirlərin görülməsinə səbəb olub. İranda su böhranı ilə ciddi vəziyyət yaranıb. Ölkə misli görünməmiş su böhranı ilə üz-üzədir, şirin su çatışmazlığı xüsusilə Tehranda və digər bölgələrdə kəskin şəkildə müşahidə olunur. Su anbarları qurudulub. Ölkənin su anbarlarının təxminən 80%-i demək olar ki, boşdur, əsas çaylar və su anbarları quruyub. Hökumət su qıtlığı ilə bağlı mümkün tədbirlərə baxır. Bu tədbirlər iş həftəsinin qısaldılması, uzaqdan işə keçid və paytaxt Tehranın müvəqqəti bağlanması da daxil olmaqla fövqəladə tədbirləri nəzərdən keçirir”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında “Eko-Aləm” İctimai Birliyinin sədri, ekoloq Sevil Yüzbaşeva söyləyib.

S.Yüzbaşeva diqqətə çatdırıb ki, insanlar miqrasiya etmək kimi məsələlər üzərində düşünürlər: “Bəzi sakinlər su axtarmaq üçün şimala, Xəzər dənizinin sahilyanı ərazilərinə köçmək məcburiyyətində qalırlar. Əlbəttə, bunun həm təbii, həm də antropogen səbəbləri var. Hər problemi də iqlim dəyişikliyinin üzərinə yıxmaq olmaz. Məsələn, Urmiya gölünün qurudulması hökumətin bilərəkdən həyata keçirdiyi yanlış siyasətin nəticəsidir. Mən şəxsən bunu belə qiymətləndirirəm. Vaxtı ilə gölə gələn təbii şirin su mənbələrinin istiqaməti dəyişdirilib. Ona görə indi belə bir problem yaşanır. Əlbəttə, təbiətin işinə müdaxilə edəndə həmişə onun fəsadları ağır olub. İnsanlar ağıllanmırlar. İranlı bir millət vəkili suyun Van gölündən Urmiya gölünə nəql edilməsini də təklif edərək bunun hər iki ölkə üçün faydalı olacağını təklif etmişdi”.

O, Türkiyənin də su ehtiyatları ilə bağlı problemləri olduğunu deyib: “Bu barədə Türkiyənin xəbərlər proqramlarında da tez-tez məlumatlar verilir. Azərbaycanda da su ilə bağlı problemlər yaşanmaqdadır. Azərbaycan coğrafi mövqeyinə görə içməli suyu az olan ölkədir. Ölkəmizdə də iqlim şəraiti ilə bağlı su anbarlarında suyun səviyyəsi aşağı düşüb. İstər Samur–Abşeron kanalı olsun, istər Taxtakörpü su anbarında, istərsə də ən böyük içməli su arteriyamız olan Kür çayında suyun səviyyəsi hətta aşağı düşüb deməzdim, çünki Salyanda demək olar ki, Kürdə su yoxdur. Bu il keçirdiyim monitorinqlər zamanı bunu özüm şəxsən müşahidə etmişəm. Ölkəmizdə bizim su ilə bağlı əsas problemimiz pis idarəçilikdir. Hər kəs qonşu ölkələrdə iqlim dəyişikliyi ilə bağlı adaptasiya tədbirləri həyata keçirir, tədbirlər görür, su anbarları, barajlar tikir. Amma bizdə kəndlərdə su istəyən əhali yerli qurumlar tərəfindən təhqir edilir, qovulur. Bunu xəbərlər proqramlarında da görürük. Bizim su ilə bağlı digər problemimiz suyun çirklənməsi və gərəksiz israfçılıqdır. Azərbaycanın su obyektlərində suyun çirklənməsinin artması suyun keyfiyyətinin monitorinqi sistemlərinin tətbiqini, çirkab suların təkmilləşdirilmiş təmizlənməsini və suyun çirklənməsi ilə bağlı daha güclü qaydaların və mühafizə tədbirlərinin həyata keçirilməsini tələb edir”.

Ekoloq eləcə də söyləyib ki, Azərbaycanda suyun çirklənməsi və pis idarə olunması ilə bağlı problemlər su təchizatında fasilələrə səbəb olur: “Müasir təmizləyici qurğuların olmasına baxmayaraq onların effektivliyi qeyri-bərabərdir, şəbəkələrdə ciddi su itkiləri baş verir ki, kadr problemləri və s. bu da daha yaxşı idarəetməni və yeni texnologiyaların tətbiqini tələb edir. Bəzi rayonlarda, kəndlərdə hazırda ciddi su problemləri yaşanmaqdadır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Avqust 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri