Icma.az
close
up
RU
“Çin Rusiyanı soyur” və Putin də bunu bilir Pekin Rusiyaya ixracı kəskin azaldıb

“Çin Rusiyanı soyur” və Putin də bunu bilir Pekin Rusiyaya ixracı kəskin azaldıb

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada Qərb idxalını əvəz edən, iqtisadiyyatı qıtlıqdan və sanksiyalardan xilas edən Çin mallarının axını, Kremlin qarşılıqlı ticarəti artırmaq xahişlərinə baxmayaraq, sürətlə azalmaqda davam edir. 

“AzPolitika” xəbər verir ki, “Reuters”-in Çin gömrük məlumatlarına istinadla yaydığı məlumata görə, sentyabrın sonunda Çinin Rusiyaya yuan ifadəsində ixracı 21% azalıb. Ötən ay Rusiya 63,11 milyard yuan və ya 8,85 milyard dollar dəyərində Çin malları idxal edib ki, bu da fevral ayından bəri ən aşağı göstəicidir.

Çin idxalında ilin əvvəlində başlayan azalma sürətlənir. Azalma iyulda illik müqayisədə 8,6%, avqustda isə 16,4% olub.

Çinin Rusiya xammalı alışları da azalıb. Yanvar-avqust aylarında azalma 8,8% təşkil edəndən sonra sentyabrda nisbi artım müşahidə olunub – cəmi 3,8%.

Rusiya hökumətinə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Rusiya-Çin ticarətinin azalması Kremldə narahatlıq yaradıb, onlar Pekindən tam asılı olduqlarını bilirlər. Agentliyin mənbələrindən biri “Çin müttəfiq kimi davranmır” deyə şikayətlənib: “Bəzən bizi yarı yolda qoyub ödənişləri dayandırırlar, bəzən bizdən qazanc əldə edirlər, bəzən də bizi sadəcə soyurlar”.

Mənbə bildirib ki, Çin Rusiyanın ixrac gəlirlərində əsas paya malikdir və onun texnologiyaları hərbi sənaye kompleksi üçün çox vacibdir: "Onlar olmasaydı, biz tək bir raket, tək pilotsuz təyyarə hazırlaya bilməzdik və bütün iqtisadiyyat çoxdan çökmüş olardı… Əgər onlar istəsəydilər, müharibə bitərdi".

Agentliyin mənbələrinə görə, Çinlə ticarətin artırılması Vladimir Putinin sentyabrın əvvəlində Pekindən etdiyi əsas xahişlərdən biri olub.

Qeyd olunur ki, Qazaxıstan sərhədindəki tıxaclar Rusiya üçün vəziyyəti daha da pisləşdirir. Belə ki, sentyabr ayından etibarən sanksiyaya məruz qalan yüklərə görə yük maşınlarının yoxlanışı Qazaxıstan tərəfindən gücləndirilib. Nəticədə oktyabrın əvvəlinə qədər 7000-dən çox yük maşını sərhəd keçidlərində növbəyə düzülüb, tıxac kilometrlərlə uzanıb.

“Kommersant”ın xəbərinə görə, Qazaxıstan gömrükçüləri tərkibində mikroçiplər və dəzgahlar olan istənilən yük maşınını geri çevirir. Bu da rusları həmin yükləri Uzaq Şərq və Monqolustan kimi digər marşrutlara yönəltməyə sövq edir.

Bütün bunlar bir daha göstərir ki, Ukraynadakı amansız müharibənin bitməsinin açarı həm də Çinin əlindədir. Trampın Çinə təzyiqlərinin əsasında duran amillərdən biri də budur. Lakin belə görünür ki, Çin hələlik bu müharibənin bitməsində maraqlı deyil..

C.Məmmədli

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri